Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ABŞ-ın yeni dövlət başçısı seçilən milyardçı Donald Tramp prezident məvacibindən imtina edib.
Etikxeber.az xəbər verir ki, bunu Tramp CBS telekanalına müsahibəsində bəyan edib.
“Mən maaş almaq fikrində deyiləm. Qanuna uyğun olaraq məvacib almaq mütləqdirsə, ayda 1 dollar ala bilərəm ” – deyə, D.Tramp bildirib.
Qeyd edək ki, ABŞ prezidentinin illik maaşı 400 min dollardır. “Forbs” jurnalına görə, Donald Trampın sərvətinin 3,7 milyard dollar dəyərində olduğu təxmin edilir.
Etikxeber.az