Tramp qaçqınlar barədə fərmana görə tənqidlərə məruz qaldı

“Facebook” sosial şəbəkəsinin banisi Mark Sukerberq ABŞ Prezidenti Donald Trampın qaçqınlar haqda fərmanını tənqid edib.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, əcdadlarının Almaniya, Avstriya və Polşadan gəldiyini qeyd edən Sukerberqin sözlərinə görə, ABŞ köçkün millətlərdən ibarətdir və bununla fəxr etməlidir.

Həmçinin 11 “Nobel” mükafatı laureatı və minlərlə digər məşhur alim ABŞ Prezidentinin fərmanına qarşı petisiya imzalayıb. Petisiyaya gələcəkdə ABŞ-da keçiriləcək konfransları və elmi qurultayları boykot edə biləcək xarici akademiklərin də qoşulması ehtimalı var. Həmçinin xarici tələbələr təhsillərini bu ölkədə davam etdirə bilməyəcəklərindən narahatdırlar.

Bir qədər əvvəl Trampın nənə və babasının da ABŞ-a Almaniyanın Kalştadt şəhərindən gəldiyi deyilirdi.

Qeyd edək ki, son günlər Birləşmiş Ştatların prezidenti miqrasiya siyasətini sərtləşdirən üç fərman imzalayıb. Donald Tramp yanvarın 27-də mühacir qəbulunu 120 gün müddətinə dayandıran, Suriya qaçqınlarını yerləşdirməyi qeyri-müəyyən vaxta qədər qadağan edən və ölkəyə bəzi giriş qaydalarını sərtləşdirən fərmanı təsdiqləyib. Tramp imzalanma mərasimində bundan sonra ölkəni “xarici terrorçulardan” qorumaq üçün qaçqınların seçiminin “ekstremal” olacağını da qeyd edib.

Etikxeber.az

Read Previous

Külli miqdarda dərmanı dərman preparatı aşkar edildi

Read Next

“Porsche” 16 mindən çox avtomobilini geri çağırır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir