Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsində rəsmi səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşündə prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya üçün hədiyyələr təqdim edib.
Etikxeber.az-ın riafan.ru-ya istinadən verdiyi xəbərə görə, Lukaşenko amerikalı həmkarına xəncər, ABŞ-ın birinci xanımına isə süfrə və salfetlər hədiyyə edib.
Lukaşenko Boltona isə şəkərsiz şokolad bağışlayıb.
Qeyd edək ki, Bolton Belarus prezidenti ilə görüşü çox vacib görüşü adlandırıb.
Eyni zamanda, qeyd edək ki, Belarus rəhbəri ilə ABŞ rəsmilərinin son görüşü 20 il öncə olub, bundan sonra, yəni, Lukaşenko-Bolton görüşünə qədər heç bir təmas yaşanmayıb.
Etikxeber.az