Trampın fırıldaqçılıq işi üzrə-454 MİLYON DOLLAR ÖDƏYƏCƏK

Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın fırıldaqçılıq işi üzrə 454 milyon dollar ödəmək barədə qərar çıxarıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə NBC telekanalı məhkəmənin qərarına istinadən xəbər yayıb.

Qeyd edilir ki, göstərilən məbləğə məhkəmə qərarından əvvəlki dövr üçün faiz daxildir.

Xatırladaq ki, fevralın 16-da Nyu-Yorkdakı məhkəmə Trampı “Trump Organization”da fırıldaqçılıq ilə bağlı mülki işdə təqsirkar bilib və təxminən 355 milyon dollar ödəmək barədə hökm çıxarıb.

Bununla yanaşı, siyasətçinin üç il ərzində Nyu-York əyalətindəki hər hansı bir şirkətdə vəzifə tutmağı və dövlətin maliyyə qurumlarına kredit axtarmağı qadağan olunub.

Etikxeber.az

Read Previous

Şəhid dayısının ad və soyadını yaşadan balaca Fəxri Qəribzadə-BU GÜN 3 YAŞI TAMAM OLUR…

Read Next

“Vorld Telekom”un saxtakarlıq edən keçmiş əməkdaşı Almaniyada tutularaq Azərbaycana-EKSTRADİSİYA OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir