“Traviata” operası nümayiş olunacaq

Oktyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, tamaşada Jermon partiyasını Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin ifa edəcək. Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri – Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Əkrəm Poladov və gənc vokalçı Nina Makarova rol alacaq.

Tamaşanı beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.

Etikxeber.az

Read Previous

102 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal edilib

Read Next

Düşmən atəşkəs rejimini 8 dəfə pozdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir