“Tünlük etməyək!”-JALƏ ƏLİYEVADAN ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNİŞ

Covid-19 virusuna yoluxanların sayı təəssüflər olsun ki, artmaqdadır.

Dünyanı hələ ki, bu pandemiyanın kökünü bir dəfəlik kəsmək üçün axtardığı çarələr tam fayda vermir.

Bilirsiniz ki, ölkəmiz bu aylar ərzində iki böyük bəla, iki dəhşətli virusla mübarizə apardı.

Bu viruslardan, bəlalardan birinin-Ermənistan və onun işğalçı ordusunun başını birdəfəlik əzdik.

Bu mənfur düşməni məhv etdik, yox etdik.

Əlbəttə ki, birliyimizlə, həmrəyliyimizlə, səfərbəyliyimizlə, Dövlətimizin-Prezidentimizin ətrafında sıx birləşməyimizlə!

Biz bunu bacardıq!

Və daha nə bəlalara sinə gələ bilərik bu əzmimizlə!

Elə isə gəlin, bu Covid adlı virusu, mikrobu da ölkəmizdən uzaqlaşdırmaq üçün hamılıqla çalışaq!

Bütün tələblərə maksimum riayət edək!

Xüsusilə, rayonlarımızda xəstəliyə yoluxma halları çoxalıb.

Yoluxmanın ilk günlərində olduğu kimi, şəxsi sanitariya-gigiyena tələblərinə əməl edək!

Maska taxaq!

Əllərimizi sabunlayaq, spirtləyək!

Məsafə saxlayaq!

Tünlük etməyək!

Mərasimlərdə maksimum diqqətli olaq!

Bu virusun tüfəngi, tankı yoxdur!

Amma o da can alır!

Əziyyət verir!

Əl-ələ verək, dostlar!

Biz nə bəlaların öhdəsindən gəldik!

Covidi də el birliyi, əl birliyi ilə yenəcəyik!

Axı biz birlikdə güclüyük!

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Rafael Hüseynov yazır: “HAQLI TƏZMİNAT TƏLƏBİMİZ”

Read Next

“Biz arxayınlaşmamalı, hər bir ehtimalı göz önünə gətirməli, bütün ssenarilərə hazır olmalıyıq, hazırıq da…”-BƏHRUZ MƏHƏRRƏMOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir