Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidi Tural Ruslan oğlu Zeynalovun Anım Günüdür.
Tural Zeynalovun Əbədiyyətə uğurlanmasından dörd il keçir.
Anım Günü ilə bağlı sabah-11 oktyabr 2024-cü il tarixində Şəhidin İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar olunacaq, “Quran” oxunacaq, qısa çıxışlar ediləcək.
Məzarını ziyarətdən sonra isə Anım mərasimi düzənlənəcək, adına ehsan süfrəsi açılacaq.
Etikxeber.az xəbər verir ki, Tural 1987-ci ilin oktyabr ayının 4-də Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsində sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri və evin böyük oğlu idi…
Uşaq vaxtlarından hərbə, hərb sənətinə böyük marağı olub…
9 il Biləcəri qəsəbəsində yerləşən 300 saylı (5 saylı) tam orta məktəbdə oxuyub, sonra təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib…
Liseyi bitirdikdən sonra, 2006-2010-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə (AAHM) ali təhsil alıb…
Həmçinin, Silahlı Qüvvələrin Təlim-Tədris Mətkəzində kurs keçib…
Ali hərbi təhsilini bitirdikdən Leytenant hərbi rütbəsində Daşkəsən istiqamətində “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb…
Kapitan hərbi rütbəsinə qədər yüksəlib…
2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından olub…
Bir Vətən sevdalısı, bir peşəkar hərbçi kimi İkinci Vətən Müharibəsinə qatılıb, Vətənin müdafiləsinə qalxıb…
Şərəfli döyüş yolu 15 gün çəkib…
Axırıncı dəfə ailəsi ilə oktyabrın 11-də əlaqə saxlayıb, hər şeyin yolunda, qaydasında olduğunu bildirib, “İnşallah, Qələbə ilə qayıdacağam”-deyib…
Və üstündən cəmi saatlar keçəndən sonra, günorta saatlarında qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
33 yaşının tamamından cəmi bir həftə sonra canından çox sevdiyi, ailəsindən üstün tutduğu Vətəni yolunda canını fəda edib…
Və nəşi elə həmin gün, 11 oktyabr tarixində İkinci Fəxri-Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra medallarla təltif olunub…
Eyni zamanda, 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görülüb…
Şəhidimiz həm də ailəli olub…
2011-ci ildə Kamilə adlı qızla ailə həyatı qurub…
Rza və atasının adını daşıyan Ruslan adlı övladı dünyaya gəlib…
İki övladı ailəsinə, Vətənə əmanət qalıb…
Məkanı cənnətlik, ruhu şad olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





