“Turistlərə sərhəddə deyil, istənilən yerdə xoş münasbət bəsləməliyik” – Vəkil Hacıyev

Bu gün Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsində “Turizm haqqında” qanun layihəsinin növbəti müzakirəsi keçirilib.
Etikxeber.az-ın xəbərinə görə, iclasda çıxış edən komitənin sədri Hadi Rəcəbli bildirib ki, dövlət başçısının tapşırığı ilə bu il bir sıra ölkələr üçün viza rejiminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olub: “Azərbaycan bu il turizm “bum”u yaşadı. Son 13 ildə Azərbaycanda hotellərin sayının 6 dəfəyədək artmasına baxmayaraq, hotellərdə yer tapılmırdı. Amma  turist axını turizm sahəsində  müxtəlif çətinlikləri və problemləri ortaya çıxardı. Bu problem və çətinliklər  təkcə otellərin baha olması ilə bağlı deyil, başqa sahələrdə də özünü göstərdi. Bu  məsələlər bir daha “Turizm haqqında” qanun layihəsinin daha təkmil formada  işlənməsini zəruri edir”.  H.Rəcəbli bölgələrdə turizmin inkişafı məqsədilə regionlardakı hava limanlarının da fəaliyyətini gücləndirməyin vacibliyini qeyd edib.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki,  turizmin inkişafında bələdiyyələrin rolu ilə bağlı məsələlər Türkiyə təcrübəsindən götürülməlidir. Onun sözlərinə görə, Türkiyədə bələdiyyələr turizmin inkişafına çox böyük töhfə vermək imkanına malikdirlər: “Bələdiyyələr müstəqil formada öz ərazisində müəyyən turizm təsisatı yaradıb, gəlir gətirmək, sakinlər üçün yeni iş yerləri yaratmaq səlahiyyətlərinə malikdirlər. Lakin Azərbaycanda Milli Məclisin bələdiyyələrə tapşırıq vermək deyil, yalnız tövsiyə etmək hüququna malik olması da burada nəzərə alınacaq. Bu baxımdan da biz çalışmışıq ki, maksimum dərəcədə mövcüd olan problemlərin həllini bu sənədlə ortaya qoyaq. Sonrakı mərhələdə əsas məqsədimiz həm regional, həm də yerli səviyyədə turizmin inkişafını təmin etməkdir. Təbii ki, bütün məsələləri şəhərlərin üzərinə yükləmək olmaz”.
“Sağlamlıq və Termal Turizmə Dəstək” Assosiasiyasının sədri, “Millenium turizm konqres DMC” şirkətinin rəhbəri Ruslan Quliyev bildirib ki, qanun layihəsinin turizm sahəsinə dövlət dəstəyi ilə bağlı maddəsindəki dəstəkləri daha da genişləndirmək olar. Onun fikrincə, bunun üçün Türkiyə təcrübəsindən də istifadə edilə bilər. O, bildirib ki, orta və kiçik sahibkarlığın stimullaşdırılması nöqteyi-nəzərindən sağlamlıq turizm təsisatlarını xarici ölkələrdə təbliğ edən bütün təsisatlara dövlət tərəfindən dəstək verilə bilər. R.Quliyev qeyd edib ki, turizm sahəsinə dövlət nəzarəti ilə bağlı məsələdə Belarus və Latviya modelini nümunə kimi götürmək olar: “Sağlamlıq turizminin inkişafından söhbət gedirsə, onun inkişafında Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturları da maraqlı olmalıdırlar”.
 “Nyu-Baku” otelinin direktoru Ceyhun Aşurovun sözlərinə görə isə turizmin inkişafında təkcə turzm şirkətləri deyil,  digər qurumlar da yaxından iştirak etməlidir. “Azərbaycanın hava limanalrında vəziyyətə yaxşı olsa da, qurudan keçid-mənətəqələrinə o qədər də aid etmək olmur. Çünki sərhədçilər və gömrükdə xaricdən gələn turustlərin incidilməsi, uzun-uzadı növbələr  turistlərə ölkə haqqında ilk təəssürat yaradır. Sərhəd- keçid məntəqlərində insanlara və turistlərə xoş  münasibət bəslənilərsə, onalrın sənədlərini gecikdirmədən həll edərlərsə, o zaman turistdə də Azərbaycan haqqında müsbət fikir formalaşcaq”- deyə,  C. Aşurov bildirib.
 
“Əgər küçdə, dükanda, yolda xaricə tursitə xoş münasibət olamayacaqsa,o bir daha Azərbaycana gəlməyəcək. Sonra o, deməyəcək ki, turizmin səviyyəsi aşağıdır, deyəcək ki, Azərbaycanda turistlərə münasibət yaxşı olmadığı üçün bu ölkəyə getmək istəmirəm”.
 
Bu fikirləri Turizm Assosasiyasının İdarə Heyətinin üzvü  Vəkil Hacıyev  deyib. Onun sözlərinə görə,  bunun üçün də  cəmiyyətdə turzmlə bağlı maarifləndirmə işləri  aprılmalıdır: “Biz əgər ölkədə turizmin inkişafını istəyiriksə, turistə təkcə sərhəddə deyil, ümumlikdə istənilən yerdə xoş münasbət bəsləməliyik. Həmkarım demişkən, təkcə sərhddə deyil, dükanda, küçədə də turistə xoş münasibət olmalıdır. Ümumiyyələ, turizmin inkiaşfında cəmiyyət bütövlükdə iştirak etməldir.  Əgər turistlə dükanda kobud rəftar olunacaqsa, yaxud polis onu incidəcəksə, küçədə ona pis münasibət bəslənəcəksə, ona hoteldə və restoranda nə qədər yaxşı baxsan da, artıq onda Azərbaycan haqqında fikir formalaşacaq. Və bir daha bura gəlməyəcək. Burada təkcə turizm obyektlərində tursitə göstərilən xidmət deyil, cəmiyyətin də turistə münasibəti müstəsna rol oynayır. Buna görə də hesab edirəm ki, KİV-lər vasitəsi ilə xalq arasında bu sahədə maarifləndirmə işləri aparılmalıdır”.
“Azərbaycan Rusiya və Çin  turizm bazarı uğrunda mübarizə girişməlidir. Rus turizm bazarını Azərbaycana yönəltmək üçünsə ilk olaraq miqrantların qeydiyyat msələsini və onalara cərimələri azaltmalıyıq”.
Bunu öz növbəsində “Rayda” MMC-nin rəhbəri Fuad  Heydərov  deyib. Onun sözlərinə görə, Rusiya Azərbaycanın yaxın qonşusu olduğundan bu ölkənin turist bazarını özümüzə doğru çevirməliyik. “Bildiyiniz kimi,  Rusiya-Türkiyə arasında münasibətlərin korlanması,  nəinki ölkənin turizm sektoruna, eyni zamanda, iqtisadiyyatına da böyük  zərbələr  vurdu. Rusiyanın turizm bazarı böyük olduğundan bu potensialdan  yararlanıb, ölkənin turizm sektorunu inkişaf etdirmək olar”- deyə, F. Heydərov  bildirib.
F. Heydərov əlavə edib ki, rus turistlərin Azərbaycana axınını təmin etmək üçün ilk olaraq miqrasiya qeydiyyatı  ilə bağlı problemləri həll olunmalıdır. “Bildiyiniz kimi, bu gün  turistlərin bir qismi “ev turizmi” qaydasından istifadə edir. Yəni, onlar  hotellərdə deyil, evlərdə qalırlar. Onlar da  Azərbaycanda 10 gün qala bilərlər. Bu zaman miqrasiyadan qeydiyyatdan keçməyənlər 10 gündən artıq qalanda isə  böyük miqdarda cərimə olunurlar. Haradasa, 400 manat cərimə ödənilir. Bu problemi aradan qaldırmaq üçün müəyyən işlər görülməlidir. Cərimələr ya azadılmalı, ya da miqrasiyyada qeydiyyata düşmə asanlaşdırlmalıdır. Bu sahədə maarifləndirmə işləri aparılmalıdır. Biz bu yolla ölkədə ev turizminin inkişafına nail ola bilərik”– deyə, F. Heydərov vurğulayıb.
Turizm Universitetitnin rektor əvəzi Eldar Aslanov isə bildirib ki, Azərbaycanda turizmin inkişafı istiqamətində ciddi işlər görülür və  məsələ ilə bağlı kompleks tədbirlər planı hazırlanır: “İlin sonunadək Azərbaycanda “Strateji Yol xətirəsi”nin qəbul olunması gözlənilir. Və bu “Yol xəritəsi”ndə ölkədə turizmin inkişafı ilə bağlı xüsusi  müddəalar nəzərdə tutulub. Ona görə də biz indidən turzimi həmin “Yol xəritəsi”ndə nəzərdə tutulan vəziyyətə uyğunlaşdırılmalıyıq”.
Müzakirlər zamanı səslənən təklif və rəylərin “Turizm haqqında”  yeni qanun layihəsində nəzərə alınacağı bildirilib.
Etikxeber.az

Read Previous

“ABB idarə olunacaq səviyyəyə qədər kiçildilib…” – Rüfət Aslanlı

Read Next

Millət vəkili İdris Baluken də həbs olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir