“Turizm haqqında” yeni qanun layihəsi yenidən müzakirələrdə

 Milli Məclisin (MM)  Əmək və sosial siyasət komitəsinin sentyabrın 16-da keçirilən iclasında yeni hazırlanmış “Turizm haqqında” qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın məlumatına görə, iclasda komitə sədri Hadi Rəcəbli bildirib ki, bu qanun layihəsi ölkə başçısının turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasətin tərkib hissəsidir. Komitə sədri deyib ki, belə bir qanunun qəbuluna ciddi ehtiyac var, çünki yeni dövrün, zamanın reallıqları turizmlə bağlı yeni və daha müəkəmməl qanunun qəbulunu zəruri edir. O, qeyd edib ki, 8 fəsil, 93 maddədən ibarət olan qanun layihəsində turizm sahəsi ilə bağlı bir sıra anlayışlar, görüləcək tədbirlər, dövlət reyestri, sığorta və s. məsələlər əksini tapıb.

Müzakirələr zamanı komitə üzvləri də adıçəkilən qanunu qəbuluna ciddi ehtiyac duyulduğunu, eyni zamanda, sənəddə bəzi təkmilləşdirmələrə ehtiyac olduğunu vurğulayıb, öz iradə və təkliflərini səsləndiriblər.

Müzakirələrə qatılan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi  Mahir Bayramov səslənən irad və təkliflərlə razılaşdığını, onların təkmilləşdirmə prosesində nəzərə alınacağını söyləyib. O, eyni zamanda, Azərbaycanda xüsusilə, turizm bələdiyyəçilərinə ehtiyac olduğunu söyləyib.

Qanun layihəsi ilk oxunuşda MM-in plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

 

Read Previous

Araz Əlizadə: “Üstünə baxırsan ki, dörd və ya beş ulduzlu oteldir, amma içərisi mal tövləsi…”

Read Next

Lisenziya yenidən tələb olunmayacaq – Prezidentdən növbəti təşəbbüs

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir