“Türk dünyasının birləşməsi üçün birgə səylər göstəririk…” – DEPUTAT – MÖVQE

Dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bu gün bütün dünyaya örnəkdir. Dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə malik olması hər iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.

Etikxeber.az xəbər verir ki,  bunu deputat Naqif Həmzəyev bildirib.

“Azərbaycan-Türkiyə arasındakı münasibətlər, siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq keyfiyyətcə yeni müstəviyə keçməkdədir”-deyə millət vəkili qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir:

“Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.

Deputat həmçinin bildirib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafı ölkələrimiz arasında viza sahəsindəki əməkdaşlıqda yeni səhifənin açılmasına, hər iki ölkə vətəndaşlarının sərbəst gediş-gəlişinin təmin edilməsinin asanlaşdırılmasına şərait yaratdı. Belə ki, 2019-cu il 1 sentyabr tarixindən etibarən Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi ləğv edilir:

“Viza tələbinin ləğvi qərarı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə uğurla inkişaf edən qardaşlıq və dostluq münasibətlərinin məntiqi nəticəsidir”.

“Azərbaycan və Türkiyə arasındakı münasibətlər öz inkişaf dövrünü yaşayır. Bu münasibətlər tarixi köklər üzərində qurulub. Vizanın aradan qaldırılması ulu öndərin qeyd elədiyi kimi bir millət-iki dövlət ifadəsinə sadiqliyin göstəricisidir. Viza rejiminin aradan qaldırılmasının siyasi tərəfi odur ki, ulu öndərin “bir millət-iki dövlət” ifadəsi real əməldə də öz əksini tapıb. Biz dünyaya bunu bir daha sübut etdik”.

azerrrrr

Bunu isə mətbuata açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun dediyinə görə, qardaş ölkələr arasında viza ola bilməzdi. Vizaların götürülməsi ölkələrimiz arasındakı münasibətlərin çox yaxın olduğunu göstərir.

Millət vəkili eyni zamanda, deyib ki,  hər zaman bir-birimizin yanında olduğumuzun göstəricisidir:

“İqtisadi tərəfdən vizaların aradan götürülməsi ölkələr arasında vətəndaşların qarşılıqlı səfərlərinin sayını çoxaldacaq. Türkiyə 30 gün müddətinə vizanı aradan götürmüşdü. Azərbaycan birtərəfli olaraq viza məsələsini qüvvədə saxlamışdı. Bu ilin sentyabrın 1-dən isə Azərbaycan da Türkiyə vətəndaşları üçün qapısını tamamilə açır. Qardaş ölkənin vətəndaşları 30 gün müddətində sərbəst şəkildə ölkəmizə səfər edəcəklər. Bu həm də iqtisadiyyatdır. Bu Türkiyə vətəndaşlarının Azərbaycana səfərlərinin sayını çoxaldacaq. Təbii ki, ölkəmizə gələn hər bir vətəndaş özü ilə buraya müəyyən dərəcədə maliyyə gətirir. İqtisadiyyatımıza öz töhfəsini verir. Bu gün Azərbaycan Türkiyəyə 20 milyard dollardan çox investisiya qoyub. Qardaş ölkə də Azərbaycana 14 milyarddan çox investisiya yatırıb.Düşünürəm ki, ölkəmizin viza rejimini aradan qaldırması Türkiyədən gələn investisiyaların həcmini artıracaq”.

Millət vəkili həmçinin, bu məsələnin reallaşması ilə bəzi qüvvələrin spekulyasiya cəhdlərinin qarşısının alındığını sözlərinə əlavə edib:

“Onların kim olduğunu hamımız bilirik. Həmin qüvvələr iki qardaş ölkə arasında nazazılıq yaratmağa,  bu məsələdən özləri üçün yararlanmağa, siyasi uduş əldə etməyə, yalançı vətənpərvərliklərini nümayiş etdirməyə cəhdlər göstərirdilər. Ancaq dövlət başçısı bu addımı ilə  bu “arqumenti” də onların əlindən almış oldu…”.

Etikxeber.az

Read Previous

“Ağıllı insanlara bunun əlavə şifrəsini açmağa gərək varmı?” – DEPUTAT YAZDI

Read Next

Heydər Əliyev Mərkəzi parkında “MUZ-TV diskoteka” – LEYLA ƏLİYEVA DA QATILDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir