“Türk milləti bu seçkidə təkcə dünyanın beşdən böyük olduğunu yox, 6-cının o beşi bir çox baxımdan kölgədə qoyduğunu göstərdi”-SAHİB ALIYEV

Azərbaycanın Müstəqillik Günündə türk millətinin müstəqil iradəsi zəfər çaldı. Türk milləti bu seçkidə təkcə dünyanın beşdən böyük olduğunu yox, 6-cının o beşi bir çox baxımdan kölgədə qoyduğunu da göstərdi. Bu, əslində bir millətin iki dövlətinin bir seçimi idi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

“Düzdür, seçimi biz yox, qardaş türk xalqı edirdi, ancaq Azərbaycana bağlı elə bir soydaşımızı görmədim ki, məhz cənab Ərdoğanın seçilməsini istəməsin, bəziləri arzu xarakterli proqnozları, digərləri duasıyla onu dəstəkləməsin”-deyən millət vəkilinin sözlərinə görə, cünki azərbaycanlılar başında güclü liderin durduğu güclü Türkiyə istəyir.

“Ona görə güclü Türkiyə istəyir ki, biz təkcə bir millət iki dövlət deyilik, cənab İlham Əliyevin bildirdiyi kimi həm də bir millət, bir yumruğuq. Təbriklər Türkiyə, gözün aydın türk dünyası, başarılar sayın Ərdoğan!”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Türkiyənin seçimi-YENƏ ƏRDOĞAN OLDU, O, “MİLLƏTİMİZİN HƏR BİRİNƏ TƏŞƏKKÜR EDİRƏM”-DEDİ, KILICDAROĞLU VƏ AKŞƏNƏR AÇIQLAMA İLƏ ÇIXIŞ ETDİ – YENİLƏNİB – (19)

Read Next

Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı-DƏSTƏKLƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir