Türk xalqlarının parlamentariləri Milli Məclisdə… – YENİLƏNİB – (1)

Milli Məclisdə 7 saatlıq beynəlxalq konfrans

Türkdilli dövlətlərin parlamentariləri Azərbaycana gəliblər.

Etikxeber.az-ın xəbərinə görə, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan parlamentarilər Milli Məclislə (MM) TÜRKPA-nın birgə təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransa qatılacaqlar.

Konfransı giriş sözü ilə MM sədrinin müavini Bahar Muradova açacaq.

BAHAR-1

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Qulam İsakzai, türkiyəli parlamentari Hüda Kaya, azərbaycanlı millət vəkilləri-Aqiyə Naxçıvanlı, Məlahət İbrahimqızı və digərləri çıxış və məruzə edəcəklər.

Beynəlxalq konfrans təxminən 7 saat davam edəcək.

***

Bahar Muradova: Bakı qonaqlar üçün açıq şəhərdir

“Bakı hər zaman qonaq üçün açıq şəhərdir. Burada regional və beynəlxalq əhəmiyyətli ən müxtəlif səviyyəli tədbirlər keçirilir. Bakı, Azərbaycan bu gün dünyanın ən yüksək səviyyəli tədbirlərinə uğurla və layiqincə ev sahibliyi edir. Bunların hər biri bizlərin gözləri qarşısındadır. Bakı, Azərbaycan bu gün daha bir yüksək səviyyəli tədbirə ev sahibliyi edir ki, bunun özü də beynəlxalq və regional əməkdaşlığa böyük töhfədir”.

Bunu isə giriş çıxışında  vitse-spiker Bahar Muradova deyib.

O, sonra qeyd edib ki, TÜRKPA-da birləşən dövlətləri və parlamentləri başqa təşkilatlardan fərqləndirən bir sıra mühum cəhətlər var:

“Çünki TÜRPA dövlətlərini  ümumi dil, din, kök, tarix, ənənələr bağlayır, birləşdirir. Odur ki, TÜRKPA türkdilli dövlətlərinin əməkdaşlığının inkişaf etdirilməsi və birgə qərar verilməsi baxımıdan çox mühum platformalardandır”.

Daha sonra Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) toxunan B. Muradova burada 17 məqsədin, hədəfin əksini tapdığını bildirib və qeyd edib ki, bunlar arasında yoxsulluğa son qoyulması, təhlükəsizliyin təmin edilməsi, bərabərsizliyin aradan qaldırılması, ekoloji tarazlıq, iqlim dəyişikliyi ən mühüm hədəflərdəndir:

“Bu məqsədlərə, hədəflərə nail olunmadan digər hədəflərə çatılması qeyr-mümkündür. Ümumiyyətlə, sülhə, təhlükəsizliyə nail olunmasında qadınların iştirakının artırılması vacibdir. Bu gün dünyanın sülhə, təhlükəsizliyə ciddi ehtiyacı var. Bu, bizim hər bizrimizin qarşısında duran bir çağırışdır. Odur ki, bu prosesdə qadınların da geniş iştirakı önəmli və əhəmiyyətlidir. Çünki əgər belə olarsa, DİM-in hədəflərinə çatılması daha rahat və tez olar. TÜRKPA çərçivəsindəki əməkdaşlıq da öz növbəsində bu prosesə öz töhfələrinə verə bilər”.

B. Muradova həmçinin xatırladıb ki, Azərbaycan qanunvericiliyində gender bərabərsizliyinin aradan qaldırılması ilə bağlı müddəalar yer alıb: “Hesab edirəm ki, Azərbaycanda bununla bağlı nəticələr ürəkaçandır. Qadınlar ölkəmizin inkişafında xüsusi rol oynayırlar”.

***

altınbek

TÜRKPA-nın baş katibi: Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir

TÜRKPA-nın baş katibi  baş katibi Altınbek Mamayusupov çıxışında deyib ki,  Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub.

Onun dediyinə görə, Birinci vitse-prezident Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir:

“Ölkədə qadınlarla bağlı əməli addımlar atılır, həmçinin, türk xalqları qadınlara əvəzolunmaz varlıq kimi yanaşır”.

“TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər”- deyən A. Mamayusupovun sözlərinə görə,  üzv ölkələrdə gender bərabərsizliyi ilə normativ-hüquqi baza yaradılıb.

“Son illərdə hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalmaqdadır. Bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır”– deyə, o, sözlərinə əlavə edib.

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Bu dəyişikliklər məhkəmə-hüquq sistemində islahatlar prosesinə öz müsbət töhfəsini verəcək” – DEPUTAT

Read Next

“Azərbaycanda feministlər olmayıb, çünki…” – HİCRAN HÜSEYNOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir