Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşü keçiriləcək.
Etikxeber.az-ın xəbərinə görə, Zirvə görüşündə TDƏŞ-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları iştirak edəcəklər.
Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, eləcə də, Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Macarıstanın baş naziri Viktor Orban və Özbəkistan prezidenti Şavkat Mirziyoyev TDƏŞ-in növbəti Zirvə görüşünə qatılacaqlar.
Azərbaycanın, rəsmi Bakının ev sahibliyi edəcək Zirvədə Özbəksistanın TDƏŞ-ə üzvlüyü məsələsinə baxılacaq və onun sözügedən quruma üzvlüyü rəsmiləşdiriləcək, eyni zamanda, TDƏŞ-in fəxri sədri N. Nazarbayev adıçəkilən təşkilat tərəfindən ödülləndiriləcək.
Zirvədə digər məsələlərin də müzakirəsi gözlənilir.
Zirvə görüşü bu gün başa çatacaq.
Etikxeber.az