“Türkiyə “5-ci kolon”un fəaliyyətinə seyrçmi qalmalıdır?” – POLİTOLOQ

“Son illərdə Türkiyədə “kürdləri təmsil edirəm” deyib partiyalar yaradanları da gördük, parlamentdə və qanunverici orqandan kənarda verdikləri açıqlamalarla da tanış olduq. Bu “təmsilçilərin” birinin də dilindən “PKK yanlış edir”, “biz terrora qarşıyıq” və ya “günahsız insanları öldürmək doğru deyil” kəlməsini eşitmədim. Gələn terrorçuları “gerilla” və ya “savaşçı” adlandırdı, PKK ilə arasında məsafə qoymadı”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu dilə gətirib.

“Belə vəziyyətdə Türkiyə dövləti nə etməlidir? Bölgədə gərgin vəziyyət yaranıb. Türkiyə müxtəlif istiqamətlərdən təhlükələrlə üz-üzədir, PKK, YPG, PYD, DAİŞ – hamısı ilə mübarizə aparılır, üstəgəl ordu terrorçuları İraq və Suriya ərazisində də qovalamalıdır. Türkiyə terrorçularla bu mübarizəni apararkən, ölkəni daxildən qarışdırmaq istəyən “5-ci kolon”un fəaliyyətinə seyrçmi qalmalıdır?”- deyən politoloqun sözlərinə görə, Türkiyədə kürdlərin heç də hamısı PKK yanında yer almayıb, böyük əksəriyyət Türkiyənin ərazi bütövlüyünə tərəfdardır, istəkləri yalnız iqtisadi və sosial problemlərinin həllidir.

O, qeyd edib ki, ancaq PKK və onun “siyasi qanad(lar)ı” buna imkan vermir. Kürdlərin yaşadığı bölgələrdə sosial obyektlərin, məktəblərin, xəstəxanaların və hava limanlarının inşası PKK-nın maraqlarına cavab vermir, çünki elektoratını itirir:

“Türkiyədə yaşayan kürdlər səslərini çıxarmalıdırlar, onlar kiminlə olmaq istəyirlər: onlar terrorçuların siyasi qanadı kimi çıxış edən partiyanımı Böyük Millət Məclisində görmək istəyirlər, yoxsa, fərqli bir partiya yaradıb öz haqlarının daha məqbul yolla artırılmalarına çalışmalıdırlar? Türkiyədə bu gün hakimiyyətdə AKP yox, CHP olsa belə, radikal kürdlərin əməllərinə seyrçi qalmayacaq. Əslində radikal kürdlər şansı qaçırdılar. AKP hakimiyyətə gəldiyi ilk illərdə kürdlərin xeyli haqlarını tanıdı, “barış sürəci” deyilən siyasət həyata keçirildi. Ancaq sonrakı mərhələdə aydın oldu ki, radikal kürdlərə problemlərin həlli yox, Türkiyə ərazisində “kürd dövləti” yaratmaq lazım imiş. Ankaraya aydın oldu ki, partlayışlar törədənlərlə və insanları qətlə yetirənlərlə diskussiya aparmağın xeyri yoxdur, onları yalnız neytrallaşdırmaq lazımdır, necə ki, indi bu prosesi müşahidə edirik”.

Etikxeber.az

Read Previous

Xidmət göstərmə qaydalarını pozan turizm subyektlərinin işçiləri məsuliyyətə cəlb ediləcək

Read Next

“Qanun layihələrdən biri problemli bankların idarə olunması ilə bağlıdır” – Aslanlı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir