Türkiyə “Avro-2024″də ev sahibliyi edə bilər

Türkiyə 2024-cü ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Etikxeber.az xəbər verir ki, 2016-cı ilin qitə birinciliyinə də ev sahibliyi etmək üçün namizəd olmuş Türkiyə o zaman mübarizəni bir səslə uduzmuşdu. 2020-ci ildə qitə çempionatının bütün Avropaya yayılması səbəbindən imtina edilmişdi.

“Avro-2024”ü təşkil etmək istəyən ölkələr rəsmən açıqlanmasa da, Almaniya və Hollandiyanın təklikdə, Rusiya və Estoniyanın isə birlikdə namizəd olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Ötən il bir istehlakçı orta hesabla ayda 339,1 manatlıq əmtəə alıb?

Read Next

BNA küçələrin təmizlənməsi zamanı təhlükəsizliklə bağlı təkliflər verib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir