“Türkiyə Azərbaycana tam dəstək verəcək, Azərbaycan necə istəsə, Türkiyə o şəkildə yanında olacaq”-TÜRKİYƏ XİN

Ermənistan Silahlı Qüvvələrinin bu gün atəşkəsi pozaraq Azərbaycan Ordusuna, eləcə də Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi kəndlərinə qarşı ağır silahlardan atəş açdığını, cəbhə xəttində atəşkəsi pozduğunu öyrəndik. Beynəlxalq hüququ açıq şəkildə pozan və mülki insan tələfatına səbəb olan erməni hücumunu qətiyyətlə pisləyirik.

Etikxeber.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözcüsü Hami Aksoy bildirib.

Diplomat deyib ki, bu hücumlarla Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha nümayiş etdirir:

“Beynəlxalq ictimaiyyəti haqlının yanında olmağa dəvət edirik. Şəhid olan azərbaycanlı qardaşlarımıza görə Azərbaycan xalqına başsağlığı veririk, yaralılara şəfalar diləyirik”.  

Qeyd olunub ki, Azərbaycan xalqı və Azərbaycan dövləti ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə hüququndan istifadə edəcəkdir:

“Bu müddətdə Türkiyə  Azərbaycana tam dəstək verəcək. Azərbaycan necə istəsə, Türkiyə o şəkildə yanında olacaq” (APA).

Etikxeber.az

Read Previous

“Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaq”-İlham Əliyev-AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ, DÜŞMƏN ÜZƏRİNDƏ QƏLƏBƏ QAZANACAĞIMIZI DEDİ – YENİLƏNİB – (2)

Read Next

“Bütün cəbhə boyu şiddətli döyüşlər gedir…”-NAZİRLİK CƏBHƏDƏKİ SON DURUM BARƏDƏ MƏLUMAT VERDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir