“Türkiyə dünyada ən çox qaçqın qəbul edən ölkədir” – SAHİBƏ QAFAROVA

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının plenar iclasında “Türkiyədə vəziyyət dövlət çevrilişinə cəhd kontekstində” mövzusunda debatlarda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova çıxış edib.

Etikxeber.az-ın məlumatına görə, 0, Türkiyə xalqının əzminin, qətiyyətinin nəticəsində iyulun 15-də dövlət çevrilişi cəhdinin uğursuzluğa düçar olduğunu bildirib və bunu xalqın qələbəsi adlandırıb. İyul hadisələrinin Türkiyədə qanunun aliliyinin, demokratiyanın nə qədər möhkəm olduğunu göstərdiyini qeyd edən deputat FETÖ terrorçu təşkilatının törətdiyi bu hadisələrlə üzləşən Türkiyə hökumətinin qanun çərçivəsində lazımi tədbirlər görəcəyinə inandığını bildirib.

S.Qafarova qeyd edib ki, Avropa üçün bu gün böyük problem yaradan miqrant böhranının əsas ağırlığı məhz Türkiyənin üzərinə düşüb: “Türkiyə heç bir ayrı-seçkilik etmədən 3 milyona qədər suriyalı qaçqınla bağlı “açıq qapı” siyasəti yürüdür. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Türkiyə dünyada ən çox qaçqın qəbul edən ölkədir”.

Deputat Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin qaçqınlara, xüsusilə də müşayiət olunmayan azyaşlı uşaqlara lazımı qayğı və yardım göstərdiyini diqqətə çatdırıb. O, Türkiyənin qaçqınlara 12 milyard dollar, Avropa ictimaiyyətinin isə yalnız 500 milyon avro yardım etdiyini xatırladıb.

Miqrant böhranına toxunan S.Qafarova Assambleya üzvlərinə çağırış edərək deyib: “Bu gün miqrasiya böhranı bizdən qlobal həllər tələb edir. Biz bunun üçün bütün səylərimizi birləşdirməliyik”.

Etikxeber.az

Read Previous

İkitərəfli valyuta hərracının nəticələri açıqlandı

Read Next

Oktyabrın 14-nə gözlənilən hava proqnozu açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir