Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsini nəzərdə tutan ikitərəfli sazişə uyğun olaraq Türkiyə hərbçilərdən ibarət nümayəndə heyəti Qətərə yollanıb.
Etikxeber.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibinə rütbəsi açıqlanmayan 3 hərbçi var.
İyunun 12-də Qətərə səfər etdiyi bildirilən nümayəndə heyəti türk hərbçilərinin bu ölkə ərazisində yerləşdirilməsi məsələsini müzakirə edəcəyini bildirib.
Onu da qeyd edək ki, 2014-cü il tarixli qeyd olunan saziş Qətərdə Türkiyə hərbi bazasının yaradılmasını nəzərdə tutur.
Etikxeber.az