“Türkiyə haqqında qeyri-obyektiv qərarın qəbul olunması daha çox AŞPA-nın öz nüfuzuna böyük zərbə vurur” – MİLLƏT VƏKİLİ

“Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında  Türkiyə ilə bağlı qəbul olunmuş məlum qərar obyektivlikdən tamamilə uzaqdır”.

Etikxeber.az xəbər verir ki, bu fikri  Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat qardaş ölkənin ünvanına qərəz dolu fikirlərdən ibarətdir.

Onun sözlərinə görə,  böyük demokratiya tarixi olan Türkiyə dövləti ilə bağlı belə bir qərarın qəbul olunması qərəzdən başqa bir şey deyil.

“Türkiyə hər zaman dialoqa açıq ölkədir və hər zaman Avropa sturkturları əməkdaşlığa maraqlıdır. Eyni zamanda, Türkiyə milyonlarla miqrantı qəbul edib və bu baxımdan, Avropa ölkələri üçün nümunədir. Belə bir ciddi problem-miqrant məsələsində Avropa dövlətləri Türkiyəyə dəstək verməlidir. Eyni zamanda, bu ölkədə həyaat keçirilən islahatlar da müsbət dəyərləndirilməlidir. Amma təəssüf ki, Avropa bu məsələlərdə əməkdaşlığa və dialoqa doğru addımlar atmır. AŞPA-nın bu qərarı da təşkilatda ikili standartlara və selektiv münasibətə əsaslanan siyasətin yenidən aktuallaşdığını göstərir.

Fikrimcə, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin maraqlarına xidmət göstərir, eləcə də müstəqil milli dövlətlərə təzyiq göstərmək məqsədilə həyata keçirilir. Azərbaycanla əlaqədar qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr və digər bu kimi məsələlər də deyilənləri təsdiq edir.

İndi də Türkiyə haqqında qeyri-obyektiv qərarın qəbul olunması daha çox AŞPA-nın öz nüfuzuna böyük zərbə vurur. Çünki təşkilat qeyri-ciddi, obyektivlikdən tam uzaq bir qərar qəbul etməklə, əslində özünün müəyyən dairələrin əlində vasitə olduğunu nümayiş etdirir. Hesab edirəm ki, bu cür qərarlarla Türkiyənin beynəlxalq müstəvidə yerinə və roluna, eləcə də bu dövlətin həyata keçirdiyi siyasətə təsir etmək mümkün deyil”- deyə, S.Fətəliyeva vurğulayıb.

Etikxeber.az

Read Previous

“Türkiyə heç vaxt təklənməyəcək!” – MUSA QULİYEV

Read Next

Elbeqdorj Əliyevə məktub ünvanladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir