Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Martın 17-də Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə görüşüb.
Etikxeber.az-ın xəbərinə görə, səfir komitənin sədri Q. Paşayevanı bu vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib və ona qarşıdakı fəaliyyət dönəmində uğurlar arzulayıb.
O, Azərbaycanla Türkiyənin iki qardaş dövlət olaraq hər zaman bir-birinin yanında olduğunu, mərhum Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinin ölkələrimizarası münasibətlərdə hər zaman bir deviz kimi qəbul edildiyindən məmnunluğunu ifadə edib.
Səfir bildirib ki, Türkiyə prezidenti cənab Rəcab Tayyib Ərdoğanın da dediyi kimi, Azərbaycan bizim üçün çox əzizdir və gələcəyə də bir yerdə addımlayacağıq: “Türkiyə ilə Azərbaycan arasında bu gün görüləcək çox böyük işlər var. Çünki potensialmız çox böyükdür”.
Q. Paşayeva öz növbəsində səfirə ziyarəti üçün təşəkkürünü bildirib, Türkiyə dövlətinə və xalqına sevgisini bəyan edib.
O, parlamentdə millət vəkili olduğu dönəmdə hər zaman iki ölkənin parlamentləri arasındakı dostluq qrupunun tərkibində olmasından, qardaş ölkə ilə sıx əlaqələrindən bəhs edib.
Komitə sədri bildirib ki, bundan sonrakı fəaliyyətində də mədəniyyət sahəsində münasibətlərimizin dərinləşməsi sahəsində əlindən gələni əsirgəməyəcək.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Etikxeber.az





