“Türkiyə kimi Azərbaycan da qonşuluğunda müharibə istəmir, ancaq…”-POLİTOLOQUN GÖZLƏNİLƏN İRAN-İSRAİL SAVAŞINA BAXIŞI

İsrailin İranın konsulluq binasına raket atəşi və Tehranın gözlənilən reaksiyası beynəlxalq aləmdə daşları yerindən oynadıb, Rusiya-Ukrayna müharibəsi arxa plana keçib.

İsrail-İran müharibəsinin müxtəlif ölkələrin qərarlarına təsirləri hesablanır, bu sırada ABŞ və Türkiyədən tutmuş Cənubi Qafqaz və Azərbaycana qədər dövlətlərin adları çəkilir.

Qəzzanın aylardır bombalanmasına görə Türkiyə siyasi dairələrinin və cəmiyyətinin İsrailə nifrəti artıb.

Ancaq Ankara İsrail-İran qarşıdurmasına birmənalı mövqe bildirməkdə çətinlik çəkir. Çünki İranın Suriya rejimini dəstəkləməsi və bunu Suriyadakı diplomatik və hərbi mərkəzləri tərəfindən həyata keçirməsi Türkiyədə hər zaman mənfi qarşılanıb.

İsrail də məhz Suriya rejiminə xidmət edən mərkəzlərdən birinə raket zərbəsi endirib. Bundan başqa İrandakı dairələrin PKK ilə qeyri-rəsmi təmasları da məlum faktdır. Buna baxmayaraq, türkiyəli ekspertlər Suriya kimi İranın da qarışmasından ehtiyatlanaraq hesab edirlər ki, Tel-Əvivin planı məhz İranı qarışdırmaq, bu dövləti parçalayaraq Suriyanın gününə salmaqdır. Bunun isə Türkiyə üçün təhlükəli ola biləcəyi vurğulanır.

Azərbaycan da İsrail-İran qarşıdurmasının və mümkün müharibəsinin müxtəlif nəticələrinə hazır olmalıdır.

Türkiyə kimi Azərbaycan da qonşuluğunda müharibə istəmir.

Ancaq Tehranın illərdir Azərbaycan əleyhinə açıq və gizli təbliğatını, Ermənistana dəstəyini, hətta indiki qarışıq vəziyyətdə İran təyyarələrinin qonşu dövlətə hərbi texnika daşımasını arxa plana ata bilmərik.

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

1993-cü ildə, eyni gündə həm həyat yoldaşı, həm də qayını itkin düşmüş Ağdamlı Şəhid xanımı-MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ

Read Next

Tək oğlu talassemiya xəstəsi olan Bərdəli ata-BİRİNCİ VİTSE-PREZİDENTDƏN KÖMƏK İSTƏDİ:”BALAMIN MÜALİCƏSİNİ NƏZARƏTİNİZƏ GÖTÜRÜN”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir