“Mosul tarixi, geopolitik və kültürəl önəmi bizim üçün son dərəcə yüksək olan qədim bir şəhərdir. Bir öncəki dövlətimizin sərhədləri içərisində uzun əsrlər qalmasının ötəsində daşına-torpağına ruhumuz qonmuş bir Türkmən coğrafiyasıdır. Dolayısıyla Mosul Iraq xaricində başqa bir ölkəni ilgiləndirəcəksə, o ölkə əlbəttə Türkiyədir”.
Etikxeber.az xəbər verir ki, bunu Türkiyənin tanınmış siyasətçisi, eks daxili işlər naziri və sabiq vitse-spiker Meral Akşənər dilə gətirib.
Onun sözlərinə görə, son iki ildir xüsusilə, siə türkmənlərin Iraqın quzeyindəki yurd yerlərindən çıxarılaraq, bölgənin əhali yapısının dəyişdirilməsinin sancıları hələ də davam etməkdədir.
O, deyib ki, başlayan Mosul əməliyyatı sonrasında bənzər bir demoqrafik dəyişimin bu səfər türkmənlər başda olmaq üzrə sünni nüfus hədəfə qoyularaq, gerçəkləşdirilməsindən əndişə duymaqdadırlar.
“Bölgəmizdə məzhəb savaşlarını qızışdıra-alovlandıra biləcək hərəkətlərdən bütün tərəflərin qaçmasını, terror örgütü İŞİD-ə qarşı aparılan əməliyyatın məqsədindən sapmamasını, sivil insanların zərər görməməsinə özən göstərilməsini umuruq. Türkiyənin dərin bağlarının bulunduğu Mosulun və Mosulun qardaş xalqının İŞİD-dən qurtulması və şəhərin yapısının mühafizə edilməsi üçün üzərinə düşəni etməsi kimsəni şaşırtmamalıdır. Mosul-Kərkük xətti Türkiyənin milli güvənlik-təhlükəsizlik məsələsidir. Milli güvənliyimiz-təhlükəsizliyimiz hər hansı bir qrupun məzhəb çılgınlıqlarına, yaxyd, etnik təəssübünə fəda-qurban edilə də bilməz. Türkiyə gərəkdiyi, lazım olduğu təqdirdə qardaşlarını və dostlarını qoruyacaq imkan və qabiliyyətlərə sahibdir”-deyə, M. Akşənər sonra sözlərinə əlavə edib.
Etikxeber.az