Türkiyə sərhəd qapılarında insanı üzdən tanıya bilən sistemlər quraşdırır

Türkiyə hökuməti ölkə sərhədlərində yerləşən nəzarət-buraxılış məntəqələrində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün insanları üzdən tanıya bilən sistemlər quraşdırmağa başlayıb.

Etikxeber.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçi bildirib.

“Yenilik beynəlxalq terrorizm və cinayətkarlığa qarşı mübarizəyə böyük töhfə verir. Əgər axtarışda olan insan nəqliyyat vasitələrinin sərnişinləri və ya sürücüləri ilə sərhədi keçməyə cəhd edərsə, yeni tanıma sistemi onun şəxsiyyətini müəyyən edəcək. Eyni zamanda, sərhədi keçən insanların fotoşəkilləri Baş Polis İdarəsi ilə müştərək məlumatlar bazasına daxil olunacaq. Bu isə gələcəkdə cinayətkarların məsuliyyətə cəlb olunması üçün əsas yaradacaq və qanunsuz miqrasiya, qaçaqmalçılıqla effektiv mübarizə aparmağa imkan verəcək” – deyə, nazir qeyd edib.

İnsanları üzdən tanıya bilən yeni sistem artıq ölkənin İran, İraq və Suriya ilə sərhədlərində yerləşən 11 nəzarət buraxılış məntəqəsində quraşdırılıb.

Etikxeber.az

Read Previous

Bakıda yeni yol vətəndaşların istifadəsinə verildi – FOTO

Read Next

USD/AZN rəsmi məzənnəsi 1,7867 manat səviyyəsində müəyyən olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir