Türkiyə solçularının, “sosete”lərin siyasi bədbəxtliyi və ya hər zaman xanım Akşənərin haqlı çıxmaqlığı…KAMİL HƏMZƏOĞLU YAZDI

Türkiyə solçularının, xüsusilə, böyük əksəriyyət CXP-lilərin (təbii ki, İmamoğlu, Yavaş…kimi istisnalar var) illərdir seçkilərdə (parlament və prezident seçkilərində əsasən) məğlub olmalarının, uğur qazana bilməmələrinin, əllərinə düşən fürsəti fövtə vermələrinin əsas səbəb(lər)i özlərindən razı olmaları, özlərini “sosete” hesab edərək, sağçılara, daha doğrusu, milliyyətçilərə aşağıdan yuxarı baxmaları, reallığı düzgün qiymətləndirə bilməmələridir…

Hələ qısqanclıq…falanı demirəm…

Onlara yaxın olan media mənsubları, media yandaşları da eyni düşüncə tərzindədirlər…

Kor tutduğunu buraxmadığı kimi yenə də öz dediklərində israr edir, səhvləri, yanlışları…bildikləri halda, onları deyə, etiraf edə bilmirlər, etmək istəmirlər…

Yenə baş verənlərdən nəticə, dərs çıxarmayaraq, nala-mıxa vurur, özgələrini günah keçisi, daha çox İYİ Partini və Meral Akşənəri günahkar çıxarmağa çalışırlar…

Seçkilərdən, ikinci turdan iki həftəyə yaxın vaxt keçir, hələ də etiraf etmək istəmirlər ki, Akşənər və İYİ Parti başından tam haqlıydı, əsl qələbə yolunu, formulunu və düsturunu Meral xanım göstərirdi…

Tam səmimi şəkildə deyirəm ki, Kamal Kılıcdaroğlu 2018-ci ildə Akşənər və Ərdoğanla mübarizədə qalib gələ bilməyəcəyini başa düşdüyü üçün İncəni ortaya atdı…

Demirəm ki, İncə birbaşa Ərdoğanın adamıdır, amma o vaxt da, sonra da Ərdoğanın əkməyinə ən çox yağ sürtənlərdən biri olub İncə…

Kılıcdaroğlu Akşənərin 2018-də daha güclü olduğunu bildiyi üçün həm də belə bir oyunu qurdu…

Bəli, Akşənər 2018-də fərd olaraq, indikindən daha güclü və daha reytinqli idi, qalibgəlmə şansı da çox yüksək idi…

Amma Kılıcdaroğlu öz maraqları naminə hər şeyi məhv etdi və birbaşa Ərdoğanın əlinə oynadı…

Xanım Akşənər isə hər şeyi bir kənara qoyaraq, özünün və partiyasının maraqlarını düşünməyərək, haqlı olanı, “qazanacaq aday” məsələsini gündəmə gətirdi, Mənsur Yavaşın və ya Əkrəm İmamoğlunun namizədliyi üzərində israr etdi…

Ancaq Kılıcdaroğlu, yandaş media… yenə oyun oynadı, yenə əksər CXP-lilər, “sosete”lər…ağıllanmadılar, yenə öz cılız ambisiyalarından…uzaqlaşa bilmədilər…

Yenə HDP “faktoru”nu ortaya atdılar, onun guya “kilid rol” olmasını-oynamasını bəhanə gətirdilər…

Və nəticədə yaşananlar, baş verənlər, başından səhv hesablamalar… hər şeyin yenə yanlış olduğunu göstərdi…

Və nəticədə də Türkiyə cəmiyyətini, dəyişiklik arzusunu… xəyalqırıqlığına uğratdılar, hər şeyə balta çaldılar…

Və həyat yenə də Akşənərin tam haqlı olduğunu ortaya qoydu…

Amma “sosete”lər, yandaş media, əksər CXP-lilər yenə də öz yanlışlarındadılar, yanlışları yenə kənarda axtarmaq peşindədirlər…

Çifayda…

Əgər ağıllanmaq, uğur qazanmaq istəyirlərsə… heç olmasa, bu dəfə İmamoğludan, Yavaşdan, elə Akşənərdən bərk-bərk yapışsınlar…

Boşuna rəy mərkəzlərinin sorğu havasına uymasınlar, girməsinlər!!!

Bu hava ilə əbədiyyən məğlubiyyətə məhkumdurlar və məhkum olacaqlar!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Nəsimi Divanı”, İstanbul, Cemal Reşid Rey konsert salonu VƏ NURİYYƏ HÜSEYNOVADAN DAHA BİR MÖHTƏŞƏM SƏNƏT GECƏSİ, KONSERT PROQRAMI – FOTO-VİDEO

Read Next

“Polad Paşamız qarşıdan ad günümün gəldiyini bilən kimi komandrimizi yanına çağırdı, cibindən 50 manat pul çıxarıb verdi ki…”-DAŞKƏSƏNLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QAZİSİ, MAXE, 4 MEDALLI SAMİR SURXAY OĞLU ORUCOV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir