“Türkiyə və Azərbaycan daim bir-birilərinin yanındadırlar, bundan sonra da həmişə belə olacaq…”-ƏRDOĞAN

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Etikxeber.az xəbər verir ki, dövlət başçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib.

O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.

Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib.

Türkiyə Prezidenti diqqətə və başsağlığına görə minnətdarlığını bildirdi və qeyd etdi ki, Türkiyə və Azərbaycan daim bir-birilərinin yanındadırlar, bundan sonra da həmişə belə olacaqdır.

Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi apardılar.

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidi Elfaq Nağıyevlə bağlı-ZABİTLƏR EVİNDƏ TƏDBİR TƏŞKİL OLUNDU, ŞƏHİD ANASI “ŞƏHİDLƏRLƏ BAĞLI ƏSƏRLƏR YAZILMALI, FİLMLƏR ÇƏKİLMƏLİDİR”-DEYƏ, SÖZ VƏ İNCƏSƏNƏT ADAMLARINA ÇAĞIRIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Yazar Raziyə Kamilqızının növbəti-“QƏLƏBƏ MÜJDƏLİ VƏTƏN” KİTABININ TƏQDİMATI OLDU… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir