ATƏT-in Türkiyədə keçirilmiş referendumla bağlı verdiyi rəyi qəbuledilməzdir.
Etikxeber.az-n məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilir.
“Referendumun beynəlxalq standartlara uyğun olmadığını demək qəbuledilməzdir”-deyə, məlumatda bildirilir.
Türkiyə XİN-in bəyanatında həmçinin bildirilir ki, ATƏT-in müşahidə missiyası referendumun qiymətləndirilməsində kifayət qədər obyektiv və qərəzsiz ola bilməyib.
Qeyd edək ki, ATƏT Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun Avropa Şurası standartlarına uyğun olmadığını bəyan edib.
Etikxeber.az