Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Türkiyədəki səfirliyində səsvermə sentyabrın 26-da Türkiyə vaxtı ilə saat 8.00-da (Bakı vaxtı ilə 9.00) başlayıb.
Etikxeber.az xəbər verir ki, burada 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 30 saylı seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqədə konsulluq qeydiyyatında olan 673 nəfər Azərbaycan vətəndaşı referendumda iştirak etmək hüququna malikdir.
Səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Səhər saatlarından başlayaraq səsvermədə fəallıq müşahidə edilir.
Səsvermə saat 19.00-da başa çatacaq.
Etikxeber.az