Türkiyə 24 iyunda növbədənkənar seçkilərə gedir – ƏRDOĞANDAN GÖZLƏNİLƏN AÇIQLAMA GƏLDİ – YENİLƏNİB -(1)

Türkiyə növbədənkənar prezident və parlament seçkilərinə (erkən seçimə-red) gedə bilər.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə, yəni, seçkilərə gedib-getməməklə bağlı qərar Türkiyə prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğanla ittifaq ortağı olan MHP lideri Dövlət Baxçalı arasında bu gün günorta saatlarında keciriləcək görüşdə veriləcək.

erdo-bahceli

Qeyd edək ki, görüş təklifi Ərdoğandan gəlib.

Onu da qeyd edək ki, Baxçalı dünən MHP-nin TBBM-dəki növbəti qrup toplantısında çıxışı zamanı gözlənilmədən iqtidarı və ittifaq ortağı olan Ərdoğanı növbədənkənar prezident və parlament seçkiləri keçirməyə çağırıb.

O, qeyd edib ki, türk və Türkiyə düşmənlərinə birdəfəlik sarsıdıcı zərbə vurmaq üçün 2019-cu ilin 3 noyabr tarixində keçiriləcək seçkilər bu ilin avqustun 26-na təyin edilsin.

***

Qeyd edək ki, artıq Ərdoğanla Baxçalı bir araya gəlib və onlar arasında görüş təxminən 25 dəqiqə çəkib.

Yaxın saatlarda isə Ərdoğanın görüşün detallarlı ilə bağlı açıqlama verəcəyi bildirilir.

***

Baxçalının erkən seçiklər təklifinə müsbət yanaşırıq.

Bunu isə bir az öncə  Ərdoğan bəyan edib.

O, qeyd edib ki, seçkilərin bu ilin iyunun 24-də keçirilməsi qərara alınıb.

Etikxeber.az

Read Previous

Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq gələcəkdə də inkişaf edəcək – ƏLİYEV-FOTO

Read Next

Ərdoğanla Baxçalının məndən bu qədər qorxduğunu düşünmürdüm, seçkilərə gedəcəyik – AKŞƏNƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir