Türkiyədə növbəti-7,7 bal gücündə-DƏHŞƏTLİ ZƏLZƏLƏ – ÖLƏNLƏRİN SAYI 3 MİN 549 NƏFƏRƏ, XƏSARƏT ALANLARIN SAYI 22 MİN 168 NƏFƏRƏ ÇATDI – YENİLƏNİB – (17)

Türkiyənin Qəhrəmanmaraş şəhəri də daxil olmaqla, 10 bölgəsində güclü zəlzələ baş verib.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yerli saatla 04:17-də Qəhrəmanmaraşda 7,4 bal gücündə zəlzələ olub.

Eyni zamanda, Diyarbəkr, Osmaniyə, Malatya, Şanlıurfa və digər bölgələrdə güclü zəlzələ yaşanıb.

Zəlzələ baş verən ərazilərdə afterşoklar davam edir.

***

İlkin məlumatlara görə, zəlzələ nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə insan xəsarət alıb.

Eyni zamanda, Qəhrəmanmaraş, Malatya, Diyarbəkr, Osmaniyə, Adana və digər bölgələrdə yüzlərlə ev-bina dağılıb.

08:28

***

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Türkiyə nümayəndəliyi vətəndaşları qan verməyə dəvət edib.

Bu barədə təşkilatın Türkiyə nümayəndəliyinin rəhbəri Kərəm Kınık məlumat verib.

“Birinci mərhələdə təchizat üçün kifayət qədər qan ehtiyatımız var. Lakin növbəti mərhələdə ehtiyacı qarşılamaq üçün vətəndaşlardan gün ərzində qan verməyi xahiş edirəm”–deyə, Kınık bildirib.

08:34

***

Qəhrəmanmaraş valisi isə ölü və yaralı sayı barədə hələlik məlumat verməyin çətin və mümkünsüz olduğunu bildirib.

“Böyük itkimiz var”-deyə, o, sözlərinə əlavə edib.

08:41

***

Son məlumata görə, zəlzələ nəticəsində 76 nəfər vəfat edib, 440 nəfər yaralanıb.

08:44

***

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən bildirilir ki, başsağlığında deyilir:

“Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Biz hər zaman qardaş Türkiyənin yanındayıq.

Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm. Allah rəhmət eləsin”.

09:37

***

Türkiyənin vitse-prezidfenti Fuat Oktay bildirib ki, zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb.

Ölüm sayı ən çox Qaziantep Qəhrəmanmaraşın “payı”na düşür.

Yaralananların, xəsarət alanların sayı 2323 nəfərə çatıb.

Dağılmış, uçmuş binaların sayı isə 1710-dur.

11:04

***

Bu gün eyni zamanda, Qəhrəmanmaraşda 7, 6 bal gücündə daha bir zəlzələ yaşanıb.

***

Zəlzələ nəticəsində ölənlərin sayı 1014-ə, xəsarət alanların sayı 5385-ə çatıb.

Dağılmış, uçmuş binaların sayı isə 2824-ə çatıb.

16:07

***

Ölənlərin sayı 1121-ə, xəsarət alanların sayı 7364 nəfərə çatıb.

Dağılmış binaların sayı isə 2834-dür.

17:35

***

Ölənlərin sayı 1498-ə, xəsarət alanların sayın 8533 nəfərə çatıb.

18:26

***

Zəlzələ nəticəsində ölənlərin sayı 1541-ə, xəsarət alanların sayı 9733 nəfərə çatıb.

Dağılmış binaların sayı isə 3471-dir.

19:37

***

Zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, xəsarət alanların sayı 11 min 119 nəfərə çatıb.

21:26

***

Zəlzələ nəticəsində ölənlərin sayı 1762-yə, xəsarət alanların sayı 12 min 68 nəfərə çatıb.

23:12, 6 fevral

***

Zəlzələ nəticəsində ölənlərin sayı 2316-ya, xəsarət alanların sayı 13 min 293 nəfərə çatıb.

00:25

***

Zəlzələ nəticəsində ölənlərin sayı 2921-ə, xəsarət alanların sayı 15 min 834 nəfərə çatıb.

06:59

***

Son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 3381-ə, xəsarət alanların sayı 20 min 426 nəfərə çatıb.

10:39

***

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı sayı artıb.

Son məlumata görə, 3432 nəfər həyatını itirib, 21 103 nəfər xəsarət alıb.

13:53

***

 Son məlumata görə, 3 549 nəfər həyatını itirib, 22 168 nəfər xəsarət alıb.

Etikxeber.az

Read Previous

“Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılması vacibdir…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları təltif edildi-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir