Türkiyədə qanlı terrakt – 4 NƏFƏR ŞƏHİD OLDU, 13 NƏFƏR YARALANDI – FOTO – YENİLƏNİB

Türkiyənin Diyarbəkir şəhərinin Kulp rayonunda terror aktı törədilib.

Kəndliləri odun toplamağa aparan maşın PKK terror təşkilatının üzvləri tərəfindən partladılıb.

Etikxeber.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Bu barədə Diyarbəkir valiliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Kulp rayonunda odun toplamağa gedən kəndlilərin olduğu maşına PKK-lı terrorçular tərəfindən əllə hazırlanmış partlayıcı vasitə ilə hücum edilib.

Hadisə nəticəsində vətəndaşlardan 4-ü həlak olub, 13-ü isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Diyarbəkirin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Ölkənin mühafizə orqanları tərəfindən lazımi tədbirlər görülür.

***

1-3

Türkiyənin Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın hadisə ilə bağlı Diyarbəkir valisi Hasan Basri Güzeloğlu ilə telefon danışığı olub.

Türkiyə Prezidenti terror hadisəsini törədən cinayətkarların saxlanılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

“Terrorçuların tutulması üçün nə lazımsa ediləcək”-deyə, Ərdoğan bildirib.

Etikxeber.az

 

Read Previous

“Kənara çəkilməyə nə var ki?!” – PARTİYA SƏDRİ “30 İLLİYİ”NDƏN YAZDI, QINADI

Read Next

Evra qayıtdı, Kalyexon imtina etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir