Türkiyəli deputatlar AŞ PA-nın sessiyasında iştirak etməyəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarına etiraz əlaməti olaraq Türkiyə nümayəndə heyətinin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Milliyyətçi Hərəkət Partiyasından (MHP) olan üzvləri qurumun plenar sessiyasının işində iştirak etməyəcəklər.

Etikxeber.az xəbər verir ki, bu barədə AŞ PA-da Türkiyə nümayəndə heyətinin rəhbəri, AKP-dən olan millət vəkili Talib Küçükcan bildirib.

T.Küçükcan deyib ki, rəsmi Ankara AŞ PA-nın bu qalmaqallı qərarını şiddətlə qınayır:

“Bu qərar terrorçuları və qiyamçıları cəsarətləndirən bir qərardır”.

Türkiyə nümayəndə heyətinin müxalif CHP və HDP-dən olan üzvləri isə plenar sessiyasının işində iştirak edəcəklərini bildiriblər.

Qeyd edək ki, Türkiyənin AŞ PA-da nümayəndə heyətinin 18 üzvü var – 10 AKP, 5 CHP, 2 HDP və 1 MHP.

Xatırladaq ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Etikxeber.az

Read Previous

“AŞPA-dakı nümayəndə heyəti olaraq, Türkiyəylə bağlı qərarı pisləyirik” – DEPUTAT

Read Next

“Bundan sonra da səylərimizi əsirgəməyəcəyik…” – TÜRKİYƏLİ GENERAL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir