Türkiyəli sahibkarların daha çox emal sənayesinə investisiya yatırmasına ehtiyac var – NAZİR

Türkiyə iş adamları tərəfindən Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoyulması üçün bundan sonra da hər cür şərait yaradılacaq.

Etikxeber.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 23-də Bakıda keçirilən Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes-forumunda deyib.

Nazir qeyd edib ki, türkiyəli sahibkarların ölkəmizdə daha çox emal sənayesinə investisiya yatırmasına ehtiyac var.

Toxumçuluq, baramaçılıq və digər sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf etdirilməsinin nəzərdə tutulduğunu deyən Heydər Əsədov bildirib ki, respublikamızda aqrar sahədə vergilər aradan qaldırılıb. Bu, Azərbaycan dövlətinin kənd təsərrüfatının inkişafına dəstəyinin bariz göstəricisidir. Dünyanın 11 iqlim qurşağının 9-nun Azərbaycanda olması respublikamızda bu sahənin çoxşaxəli inkişafına münbit şərait yaradır.

Forumda Azərbaycan və Türkiyədən 200-dək iş adamı iştirak edir.

Etikxeber.az

Read Previous

Prezident: “Bu məsələdə Avropa İttifaqının təcrübəsindən istifadə edilməsi mümkündür…” – FOTOLAR – YENİLƏNİB

Read Next

ATƏT PA-nın 16-cı qış sessiyası başladı, Muradova isə sessiyaya qatılmadı – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir