Türkiyənin Dövlət Bayrağına hörmətsizlik edən şəxs-SAXLANILDI…

Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə mətbuata Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, saxlanılan şəxs ilkin izahatında əməlini etiraf edib.

Müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə paytaxtın Nizami rayonu ərazisində qardaş ölkənin bayrağına qarşı hörmətsizlik edildiyi əks olunan video yayılıb.

Etikxeber.az

Read Previous

Yoluxma sayı 4 mini keçdi-DAHA 17 ÖLÜM…

Read Next

Narkoticarət trafikinin qarşısını alınıb-KOMİTƏ SƏDRİNDƏN AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir