Türkiyənin ilk vitse-prezidenti və yeni sistem nazirləri kim(lər)dir? – SİYAHI -FOTOLAR

Türkiyənin ilk vitse-prezidenti,  deputatlıqdan nazirliyə gedən kürəkən, əvvəl baş qərargah rəisi, indisə nazir olan “genelkurmay başqanı”… 

Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) yeni sistemin (prezident üsul-idarəsinin) ilk prezidenti kimi and içdikdən bir az sonra nazir və vitse-prezident  təyinatlarını gerçəkləşdirib.

Etikxeber.az-ın xəbərinə görə, Ərdoğan Türkiyənin ilk vitse-prezidentini təyin edib.

O, bu vəzifəyə (cümhurbaşqanı yardımçısı vəzifəsinə) Fuat Oktayı təyin edib.

Nazir vəzifələrinə təyinat alanlar isə bunlardır:

Ədliyyə naziri vəzifəsini yenidən Abdulhamit Gül icra edəcək.

Daxili işlər naziri vəzifəsi də yenidən Süleyman Soyluya etibar edilib.

Milli müdafilə naziri vəzifəsində Nurettin Caniklini  Hulusi Akar – Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi-genelkurmay başqanı əvəzləyəcək.

kabine-listesi-aa

yeni-kabine-foto-aa

Milli təhsil naziri: Ziya Selçuk (MAYA təhsil müəssisələrinin qurucusu)

Səhiyyə naziri: Fahrettin Koca

Enerji və təbii ehtiyatlar: Fatih Dönmez ( buna qədər həmin vəzifəni Ərdoğanın kürəkəni Berat Albayraq icra edirdi)

Ekologiya və ətraf mühit naziri : Murat Kurum

Mədəniyyət  və turizm naziri: Mehmet Ersoy

Gənclər və idman naziri: Mehmet Kasapoğlu

Xəzinə və maliyyə naziri vəzifəsinə  isə Berat Albayrak təyinat alıb.

Rabitə və altyapı  naziri: Mehmet Cahit Turan

Mevlüt Çavuşoğlu da öz yerini,vəzifəsini qoruyub, yenidən xarici işlər naziri təyin olunub.

Əmək, sosial xidmətlər və ailə naziri: Zehra Zümrüt Selçuk

Kənd təsərrüfatı və meşəçilik naziri: Bekir Pakdemirli

Sənaye və texnologiya naziri: Mustafa Varank

Ticarət naziri: Ruhsar Pekcan

Qeyd edək ki, ölkədə yeni sistemə keçildiyi üçün Nazirlər Kabineti (baş nazirlik) ləğv olunub və bundan sonra bütün nazirlər birbaşa prezidentə tabe olacaqlar.

Eyni zamanda, nazir vəzifəsinə təyinat aldıqları üçün bir neçə millət vəkili, konkret olaraq, Berat Albayraq, Mevlüt Çavuşoğlu, Süleyman Soylu və digərləri deputat mandatlarını itirməli olacaqlar.

Çünki Türkiyə qanunvericiliyinə görə, nazir millət vəkili ola bilməz

Kamil HƏMZƏOĞLU

www.oxu.az

 

Read Previous

“Yaramaz bir məmur pul naminə o yeri satır…” – PREZİDENTDƏN XƏBƏRDARLIQ – FOTO-YENİLƏNİB

Read Next

Akarı Güler əvəzlədi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir