Mayın 14-də Türkiyə tennisçiləri “Bakı-2017”də növbəti qələbə qazanıblar.
Etikxeber.az xəbər verir ki, kişilərdən ibarət Türkiyə komandasının Özbəkistanla qarşılaşmasında qardaş ölkə təmsilçiləri iki fərdi oyunda rəqib komandanı üstələyiblər. Cütlüklər arasında baş tutan oyun da Türkiyənin xeyrinə nəticələnib. Beləliklə, qarşılaşma türkiyəli tennisçilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində Türkiyənin kişi tennisçiləri “A” qrupunda birinci pillədə qərarlaşıblar.
Etikxeber.az