Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Türkiyədə keçirilən referendum qardaş ölkəmiz üçün xeyirli-uğurlu olsun,onun bölünməzliyinə xidmət edib,təhlükəsizliyini möhkəmləndirsin və inkişafına təkan versin”.
Etikxeber.az xəbər verir ki, bunu deputat Qənirə Paşayeva öz “Facebook” səhifəsində yazıb.
“Aprelin 16-da Türkiyə Mustafa Kamal Atatürkün 1924-cü il Konstitusiyasına ilk dəfə tarixi dəyişiklik etdi, parlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçdi”.
Bunu isə digər millət vəkili Əflatun Amaşov dilə gətirib.
O, əmindir ki, bütün bunlar qardaş ölkənin bölünməzliyinə xidmət edəcək, təhlükəsizliyini möhkəmlədəcək və gələcək inkişafına təkan verəcək:
“Uğurlar, Türkiyə!”
Millət vəkili Eldəniz Səlimov da Türkiyədə keçirilən referendum və onun nəticələri ilə bağlı Türkiyə cəmiyyəti və hakimiyyətini təbrik edib.
“Türkiyədə keçirilən referendum qardaş ölkənin öz daxili məsələsidir və öz seçimidir. Kimliyindən asılı olmayaraq, hər kəs də bu seçimə hörmətlə yanaşmalıdır. Hesab edirik və əminik ki, referendumun sonucları, sistem dəyişikliyinə “hə” deyilməsi qardaş ölkənin inkişafına, tərəqqisinə, onun huzuruna və gələcəyinə xidmət edəcək. Türkiyənin uğuru bizim uğurumuzdur, Türkiyənin sevinci bizim sevincimizdir”-deyə, millət vəkili daha sonra qeyd edib.
Etikxeber.az