Türkiyənin yarısı, KKTC-nin tamamı Ermənistana “qatıldı”- DEPUTATLARDAN TƏPKİ – FOTO

Jalə Əliyeva: ” Almaniyada belə bir xəritənin hazırlanması və yayılması Türkiyəyə, eləcə də, Azərbaycana qarşı yeni məkrli və qorxulu plandan xəbər verir”
Eldəniz Səlimov: “Almaniya rəsmiləri bu məsələdə barmağı olan ermənilərin və onların arxasında dayanan qüvvələrin aşkar edilərək, qanun qarşısında cavab vermələrinə və cəzalandırılmalarına nail olmalıdır”
Almanyada-skandal-harita-turkiyeyi-boyle-bolduler-h1508661265-8ca2c9
Xəbər verildiyi kimi, bugünlərdə Almaniyada (Köln şəhərində) erməni  yepiskopluğu, “Ağrı Dağı”nın Səssizliyi-Erməni Kültürü və Tarixi” adlı təşkilat tərəfindən yeni xəritə hazırlanıb və yayılıb.
Xəritədə qardaş Türkiyənin yarısı və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) tamamı Ermənistan ərazisi kimi göstərilib.
Ermənilərin bu addımı, ermənilərin növbəti həyasızlığı isə Almaniyada yaşayan türklərin, o cümlədən, Türkiyə və Azərbaycan ictimaiyyətinin haqlı narazılığına və sərt təpkisinə səbəb olub.
Xüsusilə də, Almaniya rəsmilərinin bu məsələyə reaksiya verməməsi, susqunluq nümayiş etdirməsi kəskin etirazlarla qarşılanıb.
jala
Etikxeber.az-a açıqlamasında bu məsələyə toxunan millət vəkili, professor Jalə Əliyeva Almaniyada belə bir xəritənin hazırlanması və yayılmasının çox üzücü, qəbuledilməz və yolverilməz hadisə olduğunu bildirib:
“Bildiyiniz kimi, separatizm, şovinizm xəstəliyinə mübtəla olmuş xəstə təfəkkürlü, xəstə düşüncəli ermənilərin,  erməni şovinistlərinin yüzillərdir uydurduqları Qara dənizdən Xəzərədək, yəni, “Dənizdən-dənizədək Böyük Ermənistan” iddiası, xülyası onlara gecə-gündüz rahatlıq vermir, onlar bu iddia ilə alışıb-yanırlar. Ermənilər, erməni şovinistləri şovinizm xəstəliyinin, xəstə təfəkkürlü iddialarının girovuna, əsirinə çevriliblər və görünən də odur ki, artıq onların xəstəliyinin müalicəsi yoxdur. Əgər belə olmasaydı, ermənilər, ermənilər şovinistləri xəstə təfəkkürdən doğan, özləri uydurduqları və yalnız özləri inandıqları iddalardan əl çəkər, belə alçaq və rəzil iddialarda bulunmazdılar. Ancaq onlar əksinə, günü-gündən daha ağlasızmaz iddialarda bulunmaqdadırlar”.
Millət vəkilinin eyni zamanda bildirdiyinə görə, ermənilər, erməni şovinistləri xəstə təfəkkürdən doğan iddialarını himayədarları və ilhamvericilərinən aldıqları dəstək sayəsində zaman-zaman reallaşdırmağa çalışmış, hətta, ötən əsrin əvvəllərində özgə torpaqlarında, daha doğrusu, türk-Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət qurmağa nail olmuş və bundan iştahlanaraq,  yenidən tarixi Azərbaycan ərazilərində, Qarabağ və onabitişik ərazilərdə ikinci erməni dövləti qurmaq həvəsinə düşmüşlər:
 “Yəni, onlar Türk dünyasına, qardaş Türkiyə və Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürmüş, təcavüzkarlıq, işğalçılıq, qəsbkarlıq mövqeyindən çıxış etmişlər və bu gün də bu mövqedədirlər. Dəyişən heç nə yoxdur. Almaniyada belə bir xəritənin hazırlanması və yayılması da məhz həmin xəstə təfəkkürdən doğan iddianın gercəkləşdirilməsi istiqmətində növbəti cəhd, Türkiyəyə, Azərbaycana qarşı yeni məkrli və qorxulu planın növbəti nümunəsi sayıla bilər. Bəlkə də ilk baxışda  buna bir o qədər ciddi fikir verməmək olardı. Amma qeyd etdiyim kimi, belə bir xəritənin Almaniya kimi dövlətdə hazırlanması və yayılması, Almaniya rəsmilərinin buna soyuqqanlı, heç olmamış kimi yanaşması əndişələnmək üçün ciddi əsaslar verir. Bu, onsuz da onillərdir “barıt çəlləyi”nə dönən, döndürülən bölgəmiz, regionumuz, bütövlükdə dünya üçün yeni gərginliklərə və fəlakətlərə gətirib çıxara bilər. Eyni zamanda,  ermənilər, erməni şovinistləri bu addımları elə-belə, özbaşına atmırlar, bunun arxasında “gizli əllər” dayanır. Ona görə hesab edirəm ki, Almaniya rəsmiləri təcili surətdə  bu məsələyə ciddi reaksiya göstərməli, bu məsələdə iştirakı olan ermənilərin aşkarlanaraq cəzalandırılmasına, layiqli cəzalarına çatmalarına çalışmalıdır. Bu məsələdə gecikmək olmaz. İlanın başı vaxtında və yerindəcə əzilməlidir”.
eldeniz salimov-1
Digər millət vəkili Eldəniz Səlimov da həmkarı kimi, Almaniyada belə bir xətitənin yayılmasının qəbuledilən hal olmadığını deyib:
“Ermənilər, onların havadarları daim Türkiyəyə və Azərbaycana qarşı məkrli planlar düzüb-qoşurlar. Onlar güclü Türkiyə və güclü Azərbaycanı həzm və qəbul edə bilmirlər. Xüsusilə də, son 10-15 ildə Türkiyəylə Azərbaycanın dünya siyasətinin əsas oyunçularından birinə çevrilməsini, söz və nüfuz sahibi olmasını ciddi narahatçılıq və qısqanclıqla qarşılayırlar. Bu, onların şirin yuxularına haram qatır, yuxularını qaçırır və bu baxımdan da, hər zaman Türkiyəylə Azərbaycana qarşı məkrli planlar cızır, onu gerçəkləşdirməyə cəhd edirlər. Almaniyada ortaya qoyulan son xəritə də məhz bu məkrli, kirli planın tərkib hissəsidir. Amma ermənilər və onların havadarları bir şeyə əmin olsunlar ki, bu günə qədər etdikləri cəhdləri necə fiaskoya uğrayıbsa, uğradılıbsa, bundan sonra da o cür uğursuzluğa məhkum ediləcək. Onlar heç nəyə nail olma bilməyəcəklər. Daim qarşılarında güclü Türkiyə və qüdrətli Azərbaycanı görəcəklər. Güclü Türkiyə və qüdrətli Azərbaycan daim onların qarşısında dimdik dayanacaq”.
Bununla yanaşı millət vəkili heç olmasa, bundan sonra Almaniya rəsmilərinin adıçəkilən məsələyə ciddi diqqət ayırmasının, bu işdə əli olanların cəzalandırılmasının vacibliyini vurğulayıb.
“Almaniya rəsmiləri nəhayət, bu məsələdə barmağı olan ermənilərin və onların arxasında dayanan qüvvələrin aşkar edilərək, qanun qarşısında cavab vermələrinə və cəzalandırılmalarına nail olmalıdır. Almaniya daim Qarabağ məsələsində tərəfsizliyini nümayiş etdirməyə, münaqişənin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsinə həlli mövqeyindən çıxış etdiyini sərgiləməyə çalışıb. Əgər Almaniya Qarabağ məsələsində haqdan yana olduğunu, obyektivliyini sübut etmək istəyirsə, o zaman bu məsələdə qətiyyətini nümayiş etdirsin, bizləri ədalətliliyinə və obyektivliyinə səmimi şəkildə inandırsın”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az 

Read Previous

Zidan, Vieqman, Buffon, Ronaldu, Martens,Kone və Jiru… VİDEO

Read Next

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir