“Türkiyəyə döndüyüm üçün özümü çox xoşbəxt sayıram” – HÜLYA KOÇİGİD

“Türkiyəyə döndüyüm üçün özümü çox xoşbəxt hesab edirəm”.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bunu ABŞ-ın Nyu-York şəhərindəki hospitallardan birində ağır ağciyər əməliyyatı keçirən ünlü sənətçi Hülya Koçigid keçirdiyi mətbuat konfransında deyib.

O, səhhəti ilə bağlı çox ağır anlar yaşadığını da söyləyib.

Bununla yanaşı, ağır, qorxulu anların geridə qaldığını söyləyən ünlü sənətçi “Bu müqəddəs və əziz Ramazan günlərində səhhətimlə bağlı mənə dualar edən, mənə şəfalar arzulayan hər kəsə də minnətdaram və bundan çox böyük xoşbəxtlik duyuram”-deyə, sözlərinə əlavə edib.

O, həyat yoldaşının da ona ən böyük dəstəkçi olduğunu media mənsublarının diqqətinə çatdırıb.

Etikxeber.az 

Read Previous

Tahir Süleymanov Fuad Musayevdən yazdı: “Təzadlı insan olmaqla yanaşı şəxsiyyət idi”

Read Next

Həbsdən qurtulan Dəniz Səki belə dedi: “ÖZGÜRLÜK KİMİSİ YOX”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir