“Türkiyəyə edilən yanlış bizə edilmiş yanlış sayılır…”-ELDƏNİZ SƏLİMOVDAN NÖVBƏTİ AÇIQLAMA, NÖVBƏTİ ETİRAZ

Amerika prezidenti Cozef Baydenin verdiyi bəyanat tamamilə absurddur. Tarixi saxtalaşdırmaq istəyi təkcə indi yox,  illərdir mövcuddur. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev də onu tarixi səhv adlandırdı. Dövlət başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğuladı. Bəli, tarix saxtalaşdırıla bilməz!

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov deyib.

Bildirib ki, demokratiyanın hökm sürdüyünü bəyan edən bir dövlətin başçısından belə bəyanatın səsləndirilməsi həqiqətən gülüncdür.

“Burada hansı demokratiyadan, hansı insan haqları, dövlətlərarası münasibətdən söz gedə bilər? Bu bəyanat qardaş ölkə Türkiyə və Amerika münasibətlərinə nə dərəcədə mənfi təsir göstərəcəksə, eyni hal Azərbaycan və Amerika münasibətlərinə də öz təsirini göstərəcək.

Çünki biz qardaş dövlətlərik. Birmənalı olaraq, Türkiyəyə edilən yanlış bizə edilmiş yanlış sayılır. Qardaş dövlətə dəstəyini cənab Prezident İlham Əliyev, Türkiyə Prezidenti sayın Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı da bildirdi. Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu da bildirdi…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 1541 yeni yoluxma-DAHA 29 ÖLÜM…

Read Next

Seçiciləri nəyə görə millət vəkilinə-TƏŞƏKKÜR ETDİLƏR? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir