Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komissiyasının sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Etikxeber.az-ın xəbərinə görə, görüşdə komitənin sədr müavini Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Cavanşir Feyziyev, Sahibə Qafarova, Azər Kərimli, Sahib Alıyev, Nəsib Məhəməliyev, Asim Mollazadə, Rasim Musabəyov, Elman Nəsirov və digər komitə üzvləri iştirak etdilər.
S.Seyidov qardaş ölkədə bu il iyunun 24-də keçirilən seçkilərdə AKP-nin inamlı qələbə qazanması münasibətilə Bozkıra təbriklərini çatdırıb və bildirib ki, Türkiyə Cümhuriyyəti bundan sonra daha sürətlə inkişaf edəcək və dünyanın ən qüdrətli dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək.
Azərbaycan-Türkiyə münasibətlərindən məmnunluqla söz açan S. Seyidov durmadan inkişaf edən siyasi, iqtisadi, ticarət və digər sahələrdəki əlaqələrimizdən söhbət açıb.
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyini deyən S. Seyidov ölkələrimizin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd edib.
S.Seyidov bildirib ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər:
“Bunun bariz nümunəsi 15 sentyabr keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm hərbi paradda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakıdır”.
V.Bozkır isə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
TBMM-in Xarici işlər komissiyasının sədri ilk rəsmi səfərini Azərbaycana həyata keçirməsindən məmnunluq hissi duyduğunu bildirib.
K.HƏMZƏOĞLU
Etikxeber.az