“Türkiyə daim Azərbaycanın yanındadır”-AKAR

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, general-polkovnik Z.Həsənov həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində aparılan işlər barədə ətraflı məlumatlandırıb.

H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu xüsusi qeyd edib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Daha 149 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

İki dayısı Birinci Qarabağ Savaşının Şəhidi, bir əmisi Birinci Vətən Müharibəsinin iştirakçısı, bir əmisi oğlu 2010-cu il Şəhidi olan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNƏ KÖNÜLLÜ GEDƏN, BİR GÖZÜNÜ İTİRƏN, BİR GÖZÜ CƏMİ 10 FAİZ GÖRƏN, AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, 2 MEDALLI QAZİ ELNUR SƏMƏDOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir