“Türkiyə ilə gələcəkdə viza rejimi tam qalxa bilər…”-SƏMƏD SEYİDOV AZƏRBAYCAN VƏ İTALİYA PARLAMENTARİLƏRİNİN QARABAĞ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏYİNİ DƏ DEDİ

Qardaş Türkiyə ilə gələcəkdə viza rejimi tam qalxa bilər.

Etikxeber.az məlumat verir ki, bunu bu gün Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında komitə sədri Səməd Seyidov bildirib.

S.Seyidov deyib ki, iki qardaş ölkə ilə münasibətlərin səviyyəsi buna da imkan verir.

Sonra “Məhz bizim müraciətlərimiz və AŞPA Prezidentinin tövsiyəsi əsasında AŞPA-nın Siyasi, İnsan Haqları Monitorinq komitəsində Ermənistanın Tovuz istiqamətində təxribat müzakirə olunub”-deyən S. Seyidov bildirib ki, AŞPA üzvlərinin əksəriyyəti bu müzakirələrin davam etdirilməsini vacib sayıb:

“AŞPA-da Qarabağ alt komitəsinin fəaliyyətinin yenidən aktivləşməsi gündəmə gəlir. Biz beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin açıq müzakirə olunmasını vacib sayırıq. Azərbaycanın mövqeyi haqlıdır. Oktyabrın 6-da biz İtaliya parlamentinin Xarici əlaqələr komitəsinin üzvləri ilə onlayn Ermənistanın təxribatı, Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edəcəyik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“O gün olsun ki, iclasımızı həm də Xankəndidə keçirək…”-MM-in komitə sədri – SƏMƏD SEYİDOV SPİKERİN TÜRKİYƏ SƏFƏRİNƏ, HƏMÇİNİN, KOMİTƏNİN NƏDƏN ONLAYN İCLAS KEÇİRMƏMƏSİNƏ TOXUNDU… – YENİLƏNİB – (3)

Read Next

“AŞPA-nın komitələrinin onlayn iclaslarında ermənilər müzakirələrdən qaçdı, çünki…”-PARLAMENTİN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir