Türkiyə millisi 2 matçını Bakıda keçirəcək-AVRO-2020-NİN FİNAL MƏRHƏLƏSİNİN PÜŞKÜ ATILDI

AVRO-2020-nin final mərhələsinin püşkü atılıb.

Etikxeber.az xəbər verir ki, tədbir Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi mərkəzində təşkil olunub.

Püşkatmada final mərhələsinin 24 iştirakçısı 6 qrupa bölünüb.

Bunlardan 20-sinin adı bəllidirsə, digər 4 iştirakçı 16 yığmanın qatılacağı pley-offda dəqiqləşəcək. Pley-offdakı hər vəsiqənin 4 iddiaçısı var və bu mərhələnin qarşılaşmaları gələn il marın 26-da və 31-də baş tutacaq.

Final mərhələsinə ev sahibliyi edəcək 12 komandadan 7-si seçmə mərhələdən həlledici raunda yüksəldiyindən onların yer alacağı qrup öncədən bəlli idi. Həmçinin Rusiya və Ukraynanın püşkatma keçirilmədən qrupu bəlli olub.

Püşkatmada oyunları Azərbaycan və İtaliyada keçiriləcək A qrupunun digər üç yığması da müəyyənləşib. İtaliya ev sahibi kimi paytaxtımıza düşübsə, Türkiyə, Uels və İsveçrə yığmaları da Bakıya gələcəklər.

İtaliya millisi hər üç komanda ilə ev oyununu Roma Olimpiya Stadionunda keçirəcək. Bu isə o deməkdir ki, digər üç yığma arasında baş tutacaq hər üç qarşılaşma Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Bu görüşlər iyunun 13-də, 17-də və 21-də baş tutacaq.

A qrupu (İtaliya, Azərbaycan):

1. Türkiyə

2. İtaliya

3. Uels

4. İsveçrə

B qrupu (Rusiya, Danimarka):

1. Danimarka

2. Belçika

3. Finlandiya

4. Rusiya

C qrupu (Niderland, Rumıniya):

1. Niderland

2. Ukrayna

3. Avstriya

4. D(Gürcüstan/Belarus-Şimali Makedoniya/Kosovo)

D qrupu (İngiltərə, Şotlandiya):

1. İngiltərə

2. Xorvatiya

3. C(Norveç/Serbiya-Şotlandiya/İsrail)

4. Çexiya

E qrupu (İspaniya, İrlandiya):

1. İspaniya

2. İsveç

3. Polşa

4. B(Bosniya və Herseqovina/Şimali İrlandiya-Slovakiya/İrlandiya)

F qrupu (Almaniya, Macarıstan):

1. A(Bolqarıstan/Macarıstan-İslandiya/Rumıniya)

2. Portuqaliya

3. Fransa

4. Almaniya

Qeyd edək ki, final mərhələsinin oyunları 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək.

Bir daha xatırladaq ki, Türkiyə millisi  iki matçını Bakıda keçirəcək.

Bu matçlar iyunun 17-də və 21-də baş tutacaq.

Türkiyənin İsveçrə ilə II turdakı qarşılaşması da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Etikxeber.az

Read Previous

“YAP seçkilərin yüksək səviyyədə həyata keçirilməsi üçün lazımı işləri həyata keçirib” – ƏLİ ƏHMƏDOV

Read Next

“Qardaşım İlham Əliyevin liderliyini unutmaq əsla mümkün deyil…” – ƏRDOĞAN – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir