Türkiyə tərəfi bu məsələdə Şimali Kiprin yanındadır – TÜRKİYƏ XİN

Şimali Kipr rəhbərliyi Lefkoşa və Girnə şəhərləri arasında yerləşən Taşkent kəndi yaxınlığına raket düşməsi faktını BMT-yə və bəzi ölkələrin diqqətinə çatdırıb. Türkiyə tərəfi bu məsələdə Şimali Kiprin yanındadır.

Etikxeber.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikri məlum hadisə ilə bağlı  agentliyin sorğusuna cavab olaraq Türkiyə Xarici İşlər Nazirliyinin (XİN)  mətbuat katibi Hami Aksoy ifadə edib.

Qeyd edək ki, hadisə yerində müayinə aparan AFAD (Yardım və Fövqəladə Vəziyyət Təşkilatı) mütəxəssislərinin ilkin rəyinə görə, partlayış baş verən ərazidə kimyəvi və reaktiv tərkib müşahidə olunmayıb.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Şimali Kiprin rəhbər şəxsləri ilə telefon danışığı zamanı hadisəni müzakirə edib.

Xatırladaq ki, iyulun 1-də gecə saatlarında Şimali Kiprdə baş verən partlayış və alov adada böyük vahimə yaradıb. Ehtimal edilir ki, partlayış və yanğın Suriya ərazisindən atılan “S-200” raketi nəticəsində baş verib.

Şimali Kipr KİV-ləri hadisə yerində raket qalıqlarının olduğunu təsdiq edən orijinal fotolar yayıblar.

Etikxeber.az

 

Read Previous

Qodin “İnter” klubuna transfer olundu

Read Next

Bu gün Sizin gününüzdür, gününüz mübarək! – KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir