Türkiyədə hazırlığını davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşuldu – FOTO

Türkiyədə hazırlığını davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub.

Etikxeber.az kluba istinadla xəbər verir ki, komandanın Ərzurumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Victor, malili Dialo Samba və braziliyalı Ferreyra Das Çaqas Dedimar iştirak edirlər.

Dedimar müdafiəçi, Laki hücumçu və Samba isə yarımmüdafiəçi mövqeyində çıxış edir.

“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu komandanın baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verib.

Etikxeber.az

Read Previous

Yeni tədris standartlarına uyğun dərs vəsaitləri hazırlanacaq – DİM

Read Next

“Bu, jurnalistika fakültəsinin lazımsız olması anlamına gəlmir…” – VÜSALƏ MAHİRQIZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir