Seçim barajı 10 faizdən-7 FAİZƏ ENDİRİLİR – TÜRKİYƏDƏ…

Türkiyədə mövcud seçki qanunvericiliyinə dəyişikliklər təklif olunur.

Təklif hakim “Cümhur” İttifaqında birləşən AKP və MHP-dən gəlib.

Etikxeber.az-ın xəbərinə görə, seçki qanunvericiliyində seçim (seçki) barajının 10 faizdən 7 faizə endirilməsi təklif edilir.

Həmin təklifə əsasən, 7 faizlik barajı keçən partiya və ya ittifaq Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsilçilik hüququ qazanacaq.

Ümumilkdə adıçəkilən təklif də daxil olmaqla, digər təklifləri özündə əks etdirən dəyişikliklər layihəsi öncə TBMM-in müvafiq komitəsinin (komissiyasında), tövsiyə olunacağı təqdirdə isə plenar iclasın müzakirəsinə çıxarılacaq.

Qeyd edək ki, Türkiyədə parlament seçkilərinə 14 ay qalır.

Etikxeber.az

Read Previous

“Ukraynaya təyyarə deyil, daha çox Javelin və Stinger verilməlidir…”-POLİTOLOQ YAZDI

Read Next

XİN Ermənistana münasibətləri normallaşdırmaq üçün təqdim edilən-TƏKLİFLƏRİ AÇIQLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir