“Türkiyəni iqtisadi cəhətdən məhv edərik” – deyən TRAMPIN TƏHDİDİNƏ TƏPKİ

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ Prezidentinin Ankaranın kürdlərə hücum edəcəyi təqdirdə bu ölkənin iqtisadiyyatını məhv edəcəyi ilə bağlı təhdidinə münasibət bildirib.

Etikxeber.az  “Anadolu”-ya  istinadla xəbər verir ki, İ.Kalın deyib:

“Cənab Tramp, terrorçular sizin tərəfdaşınız və müttəfiqiniz ola bilməz. Türkiyə ABŞ-dan strateji tərəfdaşlıqla bağlı öhdəliklərini yerinə yetirməyi və buna terror təbliğatı ilə kölgə salmamağı gözləyir”.

Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqə üzrə müşaviri professor Fəxrəddin Altun da bildirib ki, Ankara kürdlərin düşməni deyil, himayədarıdır.

Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün Suriyada terror təşkilatlarına qarşı əməliyyatlar aparır və buna davam edəcək.

gicccccddddd

Etikxeber.az

Read Previous

Həmsədrlər və nazirlər yenidən bir araya gələcəklər – XİN

Read Next

“Gələcəksiniz” yoxsa “gələssiz?” – NƏRİMAN QASIMOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir