“Türkiyənin dünya ölkələri arasında artan gücü digər dövlətlərin onunla hesablaşmaq zərurətini yaradır…”-MÜŞFİQ CƏFƏROV YAZIR

Moskvada üç ölkənin rəsmilərinin iştirakı ilə humanitar atəşkəs imzalandığı gündən etibarən Ermənistan tərəfindən pozulmağa başlandı.

Bu, açıq-aşkar beynəlxalq hüquqa zidd addımdır.

Humanitar atəşkəs qərarı döyüş xəttində yaranmış humanitar problemlərin həlli üçündür.

Bu, sülh demək deyildi. Müəyyən müddət ərzində humanitar məsələlər həll olunması gözlənilirdi.

Amma göründüyü kimi, Ermənistan tərəfi Moskvada əldə olunan razılaşmaya da əməl etmək istəmədi.

Bildiyiniz kimi, düşmən tərəfi atəşkəs rejimini pozaraq, Azərbaycanın mülkü əhalisini atəşə tutdu.

Bu da o deməkdir ki, bu razılaşma da münaqişənin gedişatına təsir edə bilmədi.

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı  bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərsədə şanlı ordumuz tərəfindən qarşısı alındı.

Azərbaycan atəşkəsə razılıq verdi və sözünə də sadiqlik nümayiş etdirdi.

Dövlətimiz  qərar aldı ki,  diplomatik danışıqlar başlanılsın və bu danışıqların əsası da Azərbaycan torpaqlarının ərazi bütövlüyünün təmin olunması idi.

Azərbaycan tərəfi regionda sülhün təmin olunmasının əsas təşəbbüskarıdır.

Cənab Prezident hər zaman qeyd edir ki, regionun inkişafı, sabitliyi naminə sülh tərəfdarıyıq.

Artıq bir daha dünya gördü ki, Ermənistan region üçün böyük təhlükədir.

 Ermənistanın dinc əhaliyə hücumu təəccüb doğurmur, onlar belə planlarını heç zaman gizlətmirlər.

Hücumun planlı şəkildə olması onu beynəlxalq cinayətə çevirir.

Qarşı tərəf tək Azərbaycana deyil öz xalqına qarşı da terrorçu kimi davranır.

Cəbhəyə gənclər güc tətbiq edilərək göndərilir.

Ermənistanın öz  mətbuatından da görünür ki, pisxoloji xaos yaşayırlar.

Xarici mətbuata güclü təsir edən erməni diasporası hər zaman ölkəmizə qarşı qarayaxma əməliyyatı aparıb.

Bu gün də əməlindən çəkinməyən diaspora bəzi dünya mətbuatında Gəncədəki çirkin terrorun  nəticəsində yaranmış dağıntıları Xankəndində baş vermiş kimi təqdim ediblər.

Cənab Prezident Türkiyənin “Haber Global” kanalına verdiyi müsahibəsində də qeyd etdiyi kimi hadisələri olduğu kimi, dünyaya çatdıran türk mediasına xüsusi təşəkkür düşür.

Ümumiyyətlə, qardaş ölkənin münaqişənin siyasi yolla həll olunmasındakı rolu çox böyükdür.

Türkiyənin dünya ölkələri arasında artan gücü digər dövlətlərin onunla hesablaşmaq zərurətini yaratmışdır.

Hazırda bu güc Azərbaycana böyük mənəvi dəstəkdir!

Müşfiq CƏFƏROV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Bayrağımız Hadrutun mərkəzində-DALĞALANIR – FOTO-VİDEO

Read Next

Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır-NAZİRLƏR KABİNETİ QƏRAR VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir