Türkiyənin kişi tennisçiləri qrupda birinci yerə çıxıblar – FOTO

Mayın 14-də Türkiyə tennisçiləri “Bakı-2017”də növbəti qələbə qazanıblar.

Etikxeber.az xəbər verir ki, kişilərdən ibarət Türkiyə komandasının Özbəkistanla qarşılaşmasında qardaş ölkə təmsilçiləri iki fərdi oyunda rəqib komandanı üstələyiblər. Cütlüklər arasında baş tutan oyun da Türkiyənin xeyrinə nəticələnib. Beləliklə, qarşılaşma türkiyəli tennisçilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində Türkiyənin kişi tennisçiləri “A” qrupunda birinci pillədə qərarlaşıblar.

Etikxeber.az

Read Previous

Ruslan Lunyovun 2-ci, Azərbaycanın 12-ci qızıl medalı… – FOTO

Read Next

Roman Heydərov da “İslamiada”nın qalibi oldu: Azərbaycanın 13-cü qızıl medalı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir