Türkiyəylə Azərbaycanda 4 milyondan çox qaçqın və məcburi köçkün var- SEYİDOV- FOTOLAR- YENİLƏNİB (9)

“Cocuq Mərcanlı bu ilin sentyabr ayında ilk şagirdlərini qəbul etməyə hazır olacaq”– TƏHSİL NAZİRİ

XİN rəsmisi:“Problemlər transmilli cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə yol açır”

“Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilk müşavirəsini məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həllinə həsr etdi…”- HİCRAN HÜSEYNOVA

Üçüncü ölkə vətəndaşı olan 209 nəfər qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib

Qaşqın və məcburi köçkün uşaqların 55 faizi məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib– RƏSMİ

***

Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası başlayıb. 

Etikxeber.az-ın məlumatına görə, iclas iki gün davam edəcək.

SAHIBA-ASPA

sahiba-6

sahiba-5

Milli Məclisdə (MM)  keçirilən iclasın açılış mərasimində adıçəkilən  komitənin sədri, millət  Sahibə Qafarova və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edəcək.

Daha sonra xarici işlər naziri Elmar Məmmədyarov, təhsil naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət Miqrasiya Xidmətinin rəisi Firidun Nəbiyev, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Furio de Angelisin iştirakı ilə müzakirələr nəzərdə tutulur.

İştirakçılar daha sonra Müşviqabad qəsəbəsində qaçqınlar və məcburi köçkünlər üçün salınmış yaşayış qəsəbəsinə baş çəkəcək, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənovla görüşəcəklər.

İclas martın 16-da da davam etdiriləcək, müxtəlif məruzəçilərin hesabatları dinləniləcək.

***

valeh-aleskerov

“Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərin inkişafında maraqlıdır. Ancaq bu, qarşılıqlı hörmətə əsaslanmalıdır”. 

Bu sözləri iclasda çıxış edən MM-in sədr müavini Valeh Ələsgərov bildirib.

Avropa İttifaqının 2 milyon qaçqının probleminin həllində çətinliklərlə üzləşdiyini söyləyən V. Ələsgərov Azərbaycanın vaxtilə 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini və onların problemlərinin həlli istiqamətində ciddi işlər gördüyünü vurğulayıb:

“Əgər dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli, ikili standartlardan uzaq mövqe tutsaydı, bu gün dünya belə problemlərlə üzləşməzdi. Bu gün dünya ciddi qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Komitəyə fəaliyyətində uğurlar arzulayıram”.

***

V. Ələsgərov həmçinin deyib ki, Azərbaycanda AŞPA-nın daha bir komitəsinin iclası keçiriləcək. 

Onun sözlərinə görə, Bakıda AŞPA-nın Sosial siyasət, sağlamlıq məsələləri və davamlı inkişaf komitəsinin iclasının keçirilməsi nəzərdə tutulub.

***

SAMAD-ASPA

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə bildirib ki, Avropa Şurasının bir çox üzvünün ərazisində münaqişələr var.

S. Seyidov deyib ki, Türkiyə və Azərbaycanda 4 milyondan çox qaçqın və məcburi köçkün var :

“Bu sıraya İtaliya, Yunanıstanda olan qaçqınları da əlavə etsək, vəziyyət daha da mürəkkəb olur. Krımın işğalından sonra Rusiya sanksiyalarla üzləşdi. AŞPA-nın son iclasından sonra Türkiyə də nəzarətə götürüləcək. Biz bunu ədalətli saymırıq. Bu məsələlərdə Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin fəaliyyəti önəmlidir”. 

Komitə sədri bildirib ki, Bakıda keçirilən toplantıdan sonra bu problemlərin həlli yollarının tapılacağına inanır.

***

mika-1

Təhsil naziri Mikayıl Cabbarov çıxışı zamanı qeyd edib ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycanın cəbhə bölgəsində yaşayan şagirdləri hədəfə alır.

M.Cabbarov bildirib ki, 1994-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs əldə olunsa da, Ermənistan tərəfi daim atəşkəs rejimini pozur və bu zaman şagirdlərin hədəfə alınması geniş vüsət alıb:

“Şagird Fariz Bədəlovun ermənilər tərəfindən snayper ilə qətlə yetirilməsi yadımızdadır. Ötən ilin aprel ayında erməni təxribatları nəticəsində də şagirdlər hədəfə alındı”.

M.Cabbarov vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi ölkəmizdə təhsil sahəsinə də ciddi ziyan vurub:

“İşğal olunmuş ərazilərimizdə 700-ə qədər təhsil müəssisəsi dağıdılıb”.

M.Cabbarov onu da deyib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri diqqət mərkəzində saxlanılır:

“Ali təhsil müəssiələrində təhsil alan qaçqın və məcburi köçkün uşaqların təhsil haqqı dövlət büdcəsindən ödənilir. Son 12 ildə ölkədəki məktəblərin 70 faizi təmir olunub və yenisi tikilib. Cocuq Mərcanlı kəndində yaşayış evləri ilə yanaşı məktəb binasının tikintisinə də başlanılıb və bu ilin sentyabr ayında ilk şagirdlərini qəbul etməyə hazır olacaq”.

***

Nazir həmçinin bildirib ki, “Azərbaycanın ən böyük uğurlarından biri də qaçqın və məcburi köçkünlərin tam olaraq təhsil almasını təmin etməsidir”. 

M. Cabbarov deyib ki, artıq bütün qaçqın və məcburi köçkünlərin övladları təhsil alır: “Bağça məsələsində müəyyən problemlər var, məktəbəqədər yaşda olan qaçqın və məcburi köçkün uşaqların 55 faizi məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib”.

Təhsil naziri bildirib ki, qaçqın və məcburi köçkün uşaqlarla digər kateqoriyadan olan uşaqların təhsil uğurları sahəsində də fərq yoxdur.

***

xalaf-1

Xarici işlər nazirinin müavini Xələf Xələfov öz növbəsində deyib ki, “qaçqın və məcburi köçkün problemlərinin həlli ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasını, ikili standartlara son qoyulmasını, birgə humanitar səyləri vacib edir”.

X. Xələfov bildirib ki, bu problemlər transmilli cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə yol açır :

“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün var. Bu problemin miqyası geniş olsa da, Azərbaycan hökuməti həmin insanların sosial durumunun yaxşılaşdırılması, təhsili və digər sahələrdə ciddi nəticələr əldə edib. Azərbaycan həm ölkə daxilində, həm də xaricdə qaçqın və köçkünlərə öz yardımını əsirgəmir. Hökumətimiz bu sahədə müvafiq qanunvericilik sistemi yaradıb, mənzil təminatı yaxşılaşıb, yoxsulluq azalıb. Ancaq onların problemi torpaqlar azad ediləndən sonra tam həllini tapacaq. Azərbaycan hökuməti bununla bağlı Böyük Qayıdış Proqramı hazırlayıb. Azərbaycan hökuməti keçən il işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına başlayıb”.

X.. Xələfov qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi Çıraqov və digərlərinin işi ilə bağlı qərarında Azərbaycanın ərazi bütövlüyünün bərpasına çağırıb:

“AŞPA-nın qətnamələrində də Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın işğal olunmuş əraziləri qanunsuz narkotik vasitələrin və silah alverinin məkanına çevrilib. Dünya bu məsələdə vahid mövqedən çıxış etməyənə qədər transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə effektli olmayacaq. İkili standartlarla yanaşma müşahidə olunur, bu da Dağlınq Qarabağ münaqişəsinin həllinə mane olur. Ermənistan ərazilərimizdə məqsədli məskunlaşma siyasəti həyata keçirir, məcburi köçkünlərin torpaqlarına qayıtmasına mane olmağa çalışır. Ermənistan tərəfindən soyqırım və insanlığa qarşı cinayətlər törədilib. 1992-ci ildə Xocalı şəhərində əhaliyə qarşı soyqırım törədilib. Bu soyqırım bir sıra dövlətlər tərəfindən soyqırım kimi tanınsa da, bəzi dövlətlər buna biganə yanaşır. Bu, yolverilməzdir”.

X. Xələfovun sözlərinə görə, Ermənistanın məqsədli məskunlaşma siyasəti beynəlxalq hüquqa görə müharibə cinayətidir:

“Ermənistan tərəfindən Suriya və Livandan olan ermənilərin işğal olunmuş ərazilərimizə köçürülməsi təşviq edilir. Ermənistanın bu avantürasına beynəlxalq qiymət verilməlidir. Azərbaycan işğal olunmuş ərazilərini tezliklə azad edəcək, qaçqın və məcburi köçkünlərin problemləri həllini tapacaq”.

Nazir müavini deyib ki, beynəlxalq birlik bu məsələdə Azərbaycana dəstək verməlidir.

***

“Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilk müşavirəsini məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həllinə həsr etdi. Bu, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin prioritet məsələlər sırasında yer aldığını bir daha təsdiqləyir”.

Bunu  iclasda çıxış edən Ailə, Qaldın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H. Hüseynova deyib ki, qaçqın və məcburi köçkünlərin, o cümlədən qaçqın və məcburi köçkün uşaqların, qadınların problemlərinin həlli diqqət mərkəzində olub :

“Azərbaycanda qadınların sahibkarlıq sahəsində bacarıqlarının inkişafına yönəlik layihələr həyata keçirilib, qadın sahibkarlara dəstək verilib. Azərbaycanda təsdiqlənən strateji “yol xəritələri”ndə qadınların sahibkarlıq fəaliyyətinin genişləndirilməsi xüsusi diqqət mərkəzindədir. Regionlarda qadın sahibkarların fəaliyyətinin genişlənməsi də qarşıya qoyulan əsas məqsədlərdən biridir”.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanda qadın sahibkarlara diqqət sayəsində qadınların cəmiyyətdə rolu artıb :

“Bu, həm də gender bərabərliyinin təmin olunmasında mühüm rol oynayır”.

Dövlət Komitəsinin sədri gec-tez Azərbaycanın işğal olunmuş ərazilərinin azad ediləcəyinə, qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıdacağına inandığını vurğulayıb.

***

miq

“Təkcə keçən il üçüncü ölkə vətəndaşı olan 209 nəfər qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib”.

Bunu isə Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev bildirib.

Onun dediyinə görə, Azərbaycanda yaradılan müvafiq sistem sayəsində miqrantların hansı tarixdə ölkəyə daxil olduğu, harada yaşadığı, işlədiyi, yaxud ölkəni nə vaxt tərk etdiyi barədə məlumat bazası yaradılıb.

O, qeyd edib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun müəyyənləşdirilməsi üçün Miqrasiya Məcəlləsi qəbul edilib və 2013-cü il avqustun 1-dən qüvvəyə minib:

“Bu Miqrasiya Məcəlləsi bu gün bir sıra xarici dövlətlər tərəfindən model kimi öyrənilir. Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edən şəxslər müraciətə baxıldığı müddətdə üçüncü ölkəyə verilmir, məcburən ölkədən göndərilmir. Təkcə keçən il üçüncü ölkə vətəndaşı olan 209 nəfər qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Son illər üçüncü ölkədən olan 2 qaçqına Azərbaycan vətəndaşlığı verilib”.

P. Musayev onu da deyib ki, Azərbaycanda miqrantlara qarşı bu günə qədər ayrı-seçkilik, ksenefobiya halları qeydə alınmayıb.

Etikxeber.az

Read Previous

“Prezident Qarabağ məsələsində bir daha Azərbaycanın mövqeyni ortaya qoydu” – DEPUTAT

Read Next

Dəm qazından zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi başlanıb- BAŞ PROKURORLUQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir